Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkilərindən sonra siyasi qüvvə kimi “Vahid Milli Hərəkat” barəsində çıxarılacaq hökm haqda danışıb. Onun sözlərinə görə, bu, milli vəzifədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rustavi 2” teleşirkətinin efirində Kobaxidzedən “Gürcü Arzusu”nun elan etdiyi “Milli Hərəkat” barəsində hökmü hansı formada təsəvvür etdiyini soruşublar.
“Bir çox insan barəsində hökm çıxarıldı, “Milli Hərəkat” yüksək, orta və aşağı səviyyəli nümayəndələri, yüzlərlə, o cümlədən Saakaşvili cəza çəkir. Bununla belə, üç fərqli səviyyədə yüzlərlə belə insan var.
Burada bəhs etdiyimiz mahiyyət etibarı ilə siyasi qüvvənin, yəni həmin agentliyin mühakiməsidir ki, fərdi səviyyədə hökmlərələ də sərbəst şəkildə müşaiyət oluna bilər.
Bu siyasi hakimiyyətin nə qədər cinayət törətdiyini ictimaiyyət biləcək, bütün cinayətlər tam üzə çıxan kimi təbii ki, bütün bunlar fərdi cəzalara da səbəb ola bilər. Formalara gəlincə, seçkilərdən sonra bu barədə mütləq danışacağıq. Bu, milli vəzifədir, mən belə deyərdim, çünki ölkədə müxalifətin cinayətkar, kriminal siyasi qüvvə adlandırıldığı bir şəraitdə bu ölkədə heç vaxt demokratik, sağlam siyasi sistem formalaşmayacaq. Bu, həll edilməli olan milli vəzifələrdən biridir”, - Kobaxidze bildirib.
Həmin müsahibədə İrakli Kobaxidze deyib ki, bir siyasi qüvvə var və “Milli Hərəkat”la “Axali”, “Qirçi – Daha Çox Azadlıq”, “Droa”, “Lelo”, “Avropa Gürcüstanı”, “Qaxaria – Gürcüstan Naminə” kimi partiyalar arasında heç bir fərq yoxdur.
“Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Milli Hərəkat”ı cəzalandıracağına söz verib. İyulun 16-da hakim partiyanın seçki kampaniyasının açılışında o bildirib ki, “onlar seçkilərdən sonra hakimiyyətdə olarkən törətdikləri bütün cinayətlərə, xüsusən 2008-ci ildə müharibə sifarişini yerinə yetirdiklərinə və ölkəni bu işə cəlb etdiklərinə görə cavab verməli olacaqlar”.
Bundan əvvəl 2022-ci ilin avqustunda partiyadan formal olaraq ayrılan və “Xalqın Gücü”nü yaradan “Gürcü Arzusu”nun deputatları “Milli Hərəkat” və agentlik barədə hökm çıxarılmasını, həmçinin Avqust müharibəsi ilə bağlı istintaqa başlanılmasını tələb ediblər.