Almaniya kansleri Olaf Şoltz Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında Gürcüstanda keçiriləcək seçkilərin əhəmiyyətinə diqqət çəkib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qarşıdan gələn parlament seçkiləri çox önəmlidir. Bunun azad və ədalətli keçirilməsi çox vacibdir. Bu, namizəd statusunun növbəti prosesinin inkişafı üçün əsasdır”, - kansler bildirib.
Olaf Şoltzun sözlərinə görə, Almaniya lap əvvəldən Gürcüstanın Avropa perspektivini dəstəkləyib, o, etibarlı tərəfdaş olaraq qalacaq və Gürcüstanın Avropa İttifaqına gedən yolunu dəstəkləməyə davam edəcək.
2024-cü ilin oktyabrın 26-da parlament seçkilərinin azad, ədalətli və rəqabət mühitində keçirilməsi Avropa İttifaqı ilə danışıqlara başlamaq mərhələsinə keçmək üçün yerinə yetirilməli olan Avropa Komissiyasının müəyyən etdiyi 9 tövsiyədən biridir.
Mətbuat konfransından sonra jurnalistlərə açıqlama verən İrakli Kobaxidze bildirib ki, ilin sonunda Almaniyanın möhkəm dəstəyi Gürcüstan üçün çox önəmli olacaq.
“Danışıqların açılması ilə bağlı qərar dekabrda veriləcək və ümid edirik ki, bu il ölkə, Almaniya və bütövlükdə Avropa Şurasının dəstəyini alacaq və ümid edirik ki, 2022-ci ilin iyun ayında qəbul edilmiş qərar kimi yox, müsbət qərar veriləcək. Hamınız xatırlayırsınız ki, o zaman ədalətsiz qərar qəbul edilmişdi və bir sıra təşkilatlar bundan istifadə edərək ölkədə inqilab təşkil etməyə çalışmışdılar. Ümid edirəm ki, bu il proseslər bu istiqamətdə inkişaf etməyəcək”, - deyə Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, Avropa İttifaqına üzvlük üçün danışıqların Ukrayna və Moldova ilə başlaması, Gürcüstanla başlamaması ədalətsizlikdir.