Senator Rişi: Gürcüstan hökuməti Avropayönlü gələcəyi ilə maraqlanmadığını göstərdi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Senatın Xarici Əlaqələr Komitəsinin ən yüksək rütbəli üzvü respublikaçı Cim Rişi Gürcüstan parlamentinin “xarici agentlər haqqında” rus qanununun üçüncü, yekun oxunuşuna münasibət bildirib.

"Bu gün Gürcüstan hökuməti vətəndaş cəmiyyətinə böyük ziyan vuracaq olan qanun qəbul etməklə Avropayönlü gələcəyi ilə maraqlanmadığını açıq şəkildə nümayiş etdirdi. Bu, Aİ-yə üzv olmaq istəyən Gürcüstan vətəndaşlarının 80%-nin üzünə vurulmuş böyük sillədir", - Senator X sosial şəbəkəsində yazıb.

Cim Rişi aprelin sonunda Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə xəbərdarlıq məktubu göndərən 14 senatordan biri idi. Məktubda qeyd edilir ki, qanun qəbul olunarsa, onlar ABŞ-ın Gürcüstana qarşı siyasətində fərdi sanksiyaların tətbiqi, birbaşa maliyyələşdirmənin dayandırılması və viza məhdudiyyətlərinin genişləndirilməsini əhatə edən dəyişikliyi təşviq etməyə məcbur olacaqlar. “Gürcü Arzusu”u rus qanununa yox demədi, belə ki, Konqresin 29 üzvünün senatorların təşəbbüsünə qoşulacağı gözlənilir.

2024-cü il aprelin 3-də “Gürcü Arzusu” bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyinə dair söz verdikləri “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürdü. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir.

Qanun aprelin 17-də və mayın 1-də birinci və ikinci oxunuşlarda qəbul edilib, yekun, üçüncü səsvermə isə bu gün, mayın 14-də keçirilən plenar iclasda keçirilib.

Rus qanununu 84 deputat dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. Qanunun lehinə “Gürcü Arzusu” və “Xalqın Gücü” ilə yanaşı, “Avropa sosialistləri”nin iki üzvü səs verib.

Müxalifət nümayəndələri bu qanunun qəbulunu dövlətə xəyanət və konstitusiya çevrilişi adlandırırlar. Onların qiymətləndirməsinə görə, qanunu dəstəkləyən 84 deputatın hamısı Avropa İttifaqına vizasız gediş-gəliş və Avropaya inteqrasiya prosesinə təhlükə yaradır.

Rusiya qanunu veto hüququndan istifadə etmək niyyətində olan prezident Salome Zurabişviliyə imzalaması üçün göndəriləcək.

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur