Gürcüstan parlamenti bu gün keçirilən plenar iclasda “xarici agentlər haqqında” rus qanununu üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. Qanunun lehinə “Gürcü Arzusu” və “Xalqın Gücü” ilə yanaşı, “Avropa sosialistləri”nin iki üzvü də səs verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dörd saata yaxın davam edən plenar iclasda parlament çoxluğunun üzvləri müxalif deputatları ilə dəfələrlə qarşıdurmaya giriblər. Eyni zamanda vətəndaşlar parlament binası yaxınlığında rus qanununa qarşı nümayiş keçirirdilər.
Müxalifət nümayəndələri rus qanununun qəbulunu dövlətə xəyanət və konstitusiya çevrilişi adlandırırlar. Onların qiymətləndirməsinə görə, 84 deputatın hamısı Aİ-yə vizasız gediş-gəliş və ölkənin Avropaya inteqrasiya prosesinə təhlükə yaradır. Onlar vətəndaşları etiraza səsləyirlər.
"Üçüncü dəfədir ki, bu ölkənin suverenliyini Kremlin xeyrinə aradan qaldıran, ərazi bütövlüyümüzü daha da təhdid edən, Avropa İttifaqı və NATO-ya üzvlüyümüzə son qoyan, demokratiyamızı avtoritarizmə çevirən qanunu dəstəklədilər. Bu, İvanişvilinin bütün deputatlara tapşırdığı vəzifədir. Təbii ki, biz müqavimət göstərməyə davam edəcəyik, təkcə rus qanununa qarşı deyil, həm də rus hökumətinə qarşı mübarizə aparacağıq. Qarşıda prezidentin vetosu, qarşıda oktyabr var", - Deputat Teona Akubardiya bildirib.
Qanun layihəsini dəstəkləyən deputatlar:
- Giorgi Barvenaşvili - "Gürcü arzusu"
- Gia Benaşvili - "Gürcü arzusu"
- İrakli Beraya - "Xalqın Gücü"
- Rima Beradze - "Gürcü arzusu"
- Maya Bitadze - "Gürcü arzusu"
- Anzor Bolkvadze - "Xalqın Gücü"
- Eliso Bolkvadze - "Gürcü arzusu"
- Maka Boçorişvili - "Gürcü arzusu"
- Elquja Qotsiridze - "Gürcü arzusu"
- Beka Davituliani - "Gürcü arzusu"
- Aleksandr Dalakişvili - "Gürcü arzusu"
- Zaur Darğalı - "Gürcü arzusu"
- İsko Dasen - "Gürcü arzusu"
- Zaal Duqladze - "Gürcü arzusu"
- Avtandil Enukidze - "Avropa sosialistləri"
- Qoça Enukidze - "Gürcü arzusu"
- Gia Volski - "Gürcü arzusu"
- İrma Zavradaşvili - "Gürcü arzusu"
- İrakli Zarkva - "Gürcü arzusu"
- Arçil Talakvadze - "Gürcü arzusu"
- Edişer Toloraya - "Gürcü arzusu"
- Fridon İnjia - "Avropa Sosialistləri"
- Rati Yonatamişvili - "Gürcü arzusu"
- Lado Kaxadze - "Gürcü arzusu"
- Davit Kaçarava - "Xalqın Gücü"
- Giorgi Kaxiani - "Gürcü arzusu"
- Kaxa Kaxişvili - "Gürcü arzusu"
- Paata Kvijinadze - "Gürcü arzusu"
- Baya Kvitsian - "Gürcü arzusu"
- İrakli Kirtsxaliya - "Gürcü arzusu"
- Sumbat Kiureğian - "Gürcü arzusu"
- Levan Kobiaşvili - "Gürcü arzusu"
- Resan Kontselidze - "Gürcü arzusu"
- Mariam Laşxi - "Gürcü arzusu"
- Zaza Lominadze - "Gürcü arzusu"
- Davit Matikaşvili - "Gürcü arzusu"
- Samvel Manukyan - "Gürcü arzusu"
- Levan Maçavariani - "Gürcü arzusu"
- Quram Maçaraşvili - "Gürcü arzusu"
- Levan Mqaloblişvili - "Gürcü arzusu"
- İrakli Mezurnişvili - "Gürcü arzusu"
- Qoqi Meşvelyan - "Gürcü arzusu"
- İrakli Medzmariaşili - "Gürcü arzusu"
- Savalan Mirzoyev - "Gürcü arzusu"
- Givi Mikanadze - "Gürcü arzusu"
- Zaal Mikeladze - "Xalqın Gücü"
- İmeda Nikuradze - "Gürcü arzusu"
- Anton Obolaşvili - "Gürcü arzusu"
- Beka Odişaria - "Gürcü arzusu"
- Anri Oxanaşvili - "Gürcü arzusu"
- Şalva Papuaşvili - "Gürcü arzusu"
- Gela Samxarauli - "Gürcü arzusu"
- Dimitri Samxaradze - "Gürcü arzusu"
- Nikoloz Samxaradze - "Gürcü arzusu"
- Viktor Sanikidze - "Gürcü arzusu"
- Eka Sefaşvili - "Xalqın Gücü"
- Davit Sonqhulaşvili - "Gürcü arzusu"
- Giorgi Sosiaşvili - "Gürcü arzusu"
- Sozar Subari - "Xalqın Gücü"
- Aleksandre Tabatadze - "Gürcü arzusu"
- Nodar Turdzeladze - "Gürcü arzusu"
- İrakli Kadagişvili - "Gürcü arzusu"
- Levan Karumidze - "Gürcü arzusu"
- Merab Kvaraya - "Gürcü arzusu"
- Salome Kurasbediani - "Gürcü arzusu"
- Aluda Quduşauri - "Gürcü arzusu"
- Mixeil Kavelaşvili - "Xalqın Gücü"
- Tengiz Şarmanaşvili - "Gürcü arzusu"
- İrakli Şatakişvili - "Gürcü arzusu"
- Giorgi Çakvetadze - "Gürcü arzusu"
- Goderdzi Çankseliani - "Gürcü arzusu"
- Ketevan Çarkviani - "Gürcü arzusu"
- Vasil Çiqogidze - "Gürcü arzusu"
- Giorgi Tsaqareişvili - "Gürcü arzusu"
- Bezhan Tsakadze - "Gürcü arzusu"
- Nino Tsilosani - "Gürcü arzusu"
- Xatia Tsilosani - "Gürcü arzusu"
- Greta Tsitsava - "Gürcü arzusu"
- Givi Çiçinadze - "Gürcü arzusu"
- Şota Xabareli - "Gürcü arzusu"
- Giorgi Xaxubia - "Gürcü arzusu"
- Salome Jinjolava - "Gürcü arzusu"
- Viktor Caparidze - "Xalqın Gücü"
- Dimitri Xundadze - "Xalqın Gücü"
Rus qanunu veto hüququndan istifadə etmək niyyətində olan prezident Salome Zurabişviliyə imzalaması üçün göndəriləcək.
2024-cü il aprelin 3-də “Gürcü Arzusu” bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyinə dair söz verdikləri “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürdü. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir.
Parlament rus qanununu aprelin 17-də və mayın 1-də birinci və ikinci oxunuşlarda qəbul edib.