Siğnaği rayon məhkəməsinin hakimi Lika Bokeriya “Milli Hərəkat”ın siyasi şurasının üzvü Laşa Farulava və partiyanın digər fəalı Qiorqi Lomidzeyə qarşı qaldırılan inzibati xəta haqqında işi dayandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Laşa Farulava və Qiorqi Lomidze mayın 21-də, Saqareco Polis İdarəsinin binası yaxınlığında həbs ediliblər. Polis, müxalifət partiyasının üzvlərini xırda xuliqanlıqda və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ittiham edib.
“Milli Hərəkat”ın bəyanatına görə, Farulava və Lomidze Saqareco polis şöbəsi önündə Gürcüstan, Ukrayna, Avropa İttifaqının himnlərini və “Mişa Maqaria” mahnısını qurublar, buna da polis rəhbəri qıcıqlanıb, mahnıyı söndürməyi tələb edib. Partiya üzvləri bu tələbi rədd etdikdən sonra isə, zor tətbiq edərək söndürməyə çalışıb və bu zaman “Milli Hərəkat”üzvləri saxlanılıb.
“Polisin xidməti vəzifəsinin icrasına mane olmağa gəlincə, təqdim olunan görüntülərdə, müəyyən bir məqamda görünürdü ki, polislər camaata o tərəfə keçmələrini, hətta polisə yaxın durmamalarını deyəndə, məncə, onlardan bir qızı itələyirdilər ki, o tərəfə keçsin, cənab Qiorqi Lomidze də deyir ki, səs videoda eşidilir, bu qızlar ona təhvil verilib, onları itələməyə qoymur və hüquq-mühafizə orqanlarının əməkdaşlarının işinə mane olur. Cənab Qiorqi qızları buraxmağa çağırırdı”, - deyə Siğnaği rayon məhkəməsində keçirilən məhkəmə iclasında patrul polisi bildirib.
Vəkil polislərdən təqdim olunan videoda qarşıdurma aktının göründüyü konkret yeri göstərməyi xahiş edib. Polisin təqdim etdiyi videogörüntülərdə belə bir sübut olmayıb.
Buna baxmayaraq, polis məmurları hələ də Laşa Farulava və Qiorqi Lomidzenin cinayətkar kimi elan edilməsini tələb ediblər, hakim Lika Bokeriya isə bunu təmin etməyib və prosesi dayandırıb.
Farulava və Lomidze hadisədən bir gün əvvəl, Saqareco polis bölməsi önündə, Kvarelidə həbs edilmiş fəalların azadlığa buraxılmasını tələb ediblər. Polis Kvarelidə həbs edilən bəzi fəalları Saqareco təcridxanasına yerləşdiribmiş. Məlum olduğu kimi, mayın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ailə üzvlərinin toy keçirməsinə etiraz əlaməti olaraq Kvareli şəhərindəki “Kvareli Lake” mehmanxanasının yaxınlığında siyasətçilər və fəalların keçirdiyi aksiyada Kaxeti Polis İdarəsinin əməkdaşları iyirmiyə yaxın şəxsi həbs edib.