Gecə saatlarında “Vahid Milli Hərəkat”ın Tbilisidə Kaxeti şossesində yerləşən mərkəzi ofisinə basqın edilib. Partiyanın sədri Levan Xabeişvilinin sözlərinə görə, maskalı şəxslərin qrup halında hücumu zamanı o, 14 yaşlı oğlu və əməkdaşları ilə birlikdə binada olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yüz nəfərə qədər silahlanmış “tituşka” mərkəzi ofisə hücum etdi. Taxta nizələr atıb hər şeyi sındırdılar. Polis bir saat sonra gəldi. Bu, polis və DTX ilə birlikdə planlaşdırılmış xüsusi əməliyyatdır. Polis hər şeyi görürdü, bütün avtomobilləri müəyyən etmək mümkündür”, - deyə Levan Xabeişvili bildirib.
Basqın nəticəsində ofisin fasadına və inventarına ziyan dəyib, şüşələri sınıb.
“Onlar içəri girməyə də çalışırdılar və əgər oğlanların göstərdiyi müqavimət olmasaydı, yəqin ki, içəridəki hər şeyi sındıracaqlar. Dünən hücumlar həyata keçirdilər, ona görə də gecələr mərkəzi ofisdə çoxlu adamlarımız var idi ki, eynisini etməyələr. Bu insanlar yəqin ki, bizim əməkdaşlarımıza hücum etməyi planlaşdırırdılar”, - Xabeişvili bildirib.
“Milli Hərəkat”ın ofisinə hücumdan bir gün əvvəl “xarici agentlər” haqqında rus qanununun qəbuluna fəal şəkildə qarşı çıxan şəxslərə qarşı nifrət və hədə-qorxu kampaniyası təkrardan aktivlşdi. Mayın 31-də, səhər saatlarında naməlum şəxslər müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələrinin evlərinin və ofislərinin divarlarına ləyaqət alçaldıcı, təhqiramiz və hədələyici yazılar yazıblar. Daha sonra “Gürcü Arzusu”ndan olan deputat, hakim partiyanın siyasi şurasının üzvü Dimitri Samxaradze bu hərəkətlərin onun tərəfindən təşkil olunduğunu etiraf edib.
Daxili İşlər Nazirliyi və Xüsusi İstintaq Xidməti faktların heç birinə reaksiya verməyib.