“Xilas olmağımızı başımıza qaxdılar, yalançı dedilər, bəs bundan sonra nə olacaq?”, - avqustun 3-də əri və 4 yaşlı oğlu ilə Şovidə palçıq axınında qalan Mariam Berianidze “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin bugünkü brifinqinə şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Cənab İrakli, xilas olanların vəziyyəti və baş verənlərlə 11 gün ərzində bir dəfə maraqlansaydınız, bəlkə də analayardınız ki, bizə dəyən dalğa 20 santimetr yox, 3 metrdir. Bu sürüşmə dalğası bizi bir neçə metr daha sürüklədi. Biz palçığın kənarında yox, sürüşmənin ortasında idik və bəli, 3 saat! 3 saat kömək istəyirdik, sürüşmənin 4 metrinə qədər palçıqda və çarəsiz şəkildə kömək istəyirdik.
Bizə inanmırsınızsa, bəlkə, heç olmasa 112-nin qeydlərini yoxlayasınız, ya da ola bilsin, fəlakətin episentrindən çəkilmiş fotolara baxasınız, məndə video var, sizə göndərərəm. Bəlkə siz mənə ilişib qaldığımız kənarın harada olduğunu göstərəsiniz, mən də sürüşmənin mərkəzində ilişib qalan 16 nəfəri sizə göstərim! Bu günə kimi təmizlənməmiş həmin yerdə qalmışdıq, çünki sürüşmənin ən böyük hissəsi ora gəlib və xilasedicilər üçün təhlükəli ərazidir! Bizi sürüşmə basdı və xilas olduq Belə çıxır ki, xilas etmək mümkün olub, lakin bunu etiraf etmək yox! Bu brifinq tamamilə biabırçılıqdır! Sizin biganəliyiniz biabırçılıqdır, bu ölkə biabırçılıqdır!”, - Mariam Berianidze sosial şəbəkədə yazıb.
İrakli Kobaxidze bu gün “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə deyib ki, avqustun 3-də baş verən palçıq axını altında qalan heç kimin xilas olunmaq şansı olmayıb. Hakim partiya sədrinin sözlərinə görə, “uşaqlardan birinin 3 saat ərzində palçıqla mübarizə aparması ilə bağlı fərziyyələr, dezinformasiyalar yayılıb ki, bu da, təsəsvürə gətirilə bilinməyəcək yalandır”.
“Əlavə resurslardan istifadə edilsəydi, daha çox insanın xilas ola biləcəyinə dair çoxlu spekulyasiyalar var ki, bu da, sadəcə həddindən artıq spekulyasiyadır. Fəlakətin baş verdiyi bu məkanı görənlər və yerdəki vəziyyətlə tanış olanlar mənimlə tamamilə razılaşacaqlar ki, əgər əlavə resurslardan istifadə edilsəydi, bir orada daha çox insanı xilas etmək bir sadə səbəbə görə mümkün deyildi - ani bir fəlakət oldu və palçıq kütləsi dərhal, çox yüksək sürətlə axdı.
Buna görə də, təəssüf ki, daşqın kütləsi altında kim qaldısa, sağ qalmaq şansı yox idi. Bəzi, belə demək mümkünsə, ərazidən olan insanların fotoşəkillər də yayıldı, lakin, bu, yalnız palçıq kütləsinin kənarı idi. Oradakı hündürlük bəzi yerlərdə 20 santimetr, bəzi yerlərdə yarım metr ola bilər, ancaq palçıq kütləsi altında qalan insanlara gəldikdə, onları xilas etmək praktiki olaraq mümkün deyildi.
Daxili İşlər Nazirliyinin, Xilasetmə Xidmətinin lap əvvəldən, ilk saatlarda hər şeyi yerində görmək, hər şeyi müəyyən etmək imkanı olub, reallıq isə təəssüf ki, bu idi - təəssüf ki, palçıq kütləsi çatan heç kəsi faktiki olaraq xilas etmək mümkün olmadı, bu palçıq kütləsi çatmayanlar isə bacardı və özünü o ərazidən çıxara bildi”, Kobaxidze bildirib.
Jurnalistlər hakim partiyanın sədrinə təbii fəlakətdən sağ çıxan Davit Jeladzenin “Facebook” sosial şəbəkəsində “Maşo, biz bu yolu necə keçdik, hələ də heyrətlənirəm” qeydi ilə yerləşdirdiyi şəkli göstəriblər. Fotoda Davit Jeladze 6 yaşlı qardaşı qızı ilə təhlükəsiz yer axtarmaq üçün qət etdiyi məsafəni qeyd edib.
“Bunun həqiq olduğunu bilmirəm, yoxlayacağıq, amma bir az şübhəm var... Bu foto haqqında deyə bilmərəm. Birincisi - bir sahildən digərinə keçmək niyə lazım idi, bilmirəm, o sahildə qalmaq daha təhlükəsiz idi, çoxları orada qaldı və bacardı... Təsəvvür edin, biz səhərisi gün o ərazidə idik və ora getmək praktiki olaraq mümkün deyildi. Ona görə də bütün bunları yoxlamaq lazımdır”, - Kobaxidze bildirib.
Avqustun 3-də palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3 və 4-də Şovidən 210 nəfər təxliyyə edilib. Palçıq axını nəticəsində azı 24 nəfər həlak olub, onlardan 20-nin şəxsiyyəti müəyyən edilib. 9 nəfərin axtarışları hələ də davam edir. Həm həlak olanlar, həm də itkin düşənlər arasında uşaqlar da var. Hakimiyyət bildirir ki, faciəni dəf etmək mümkün olmayıb.