850 rusiyalı turisti daşıyan, Rusiyanın Soçi limanından yola düşən
“Astoria Grande” səyahət gəmisi Batumi limanındadır. Layner Batumidən əvvəl Türkiyədə olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Çox gözəl təbiətiniz var, botanika bağı qeyri-adidir, biz onu görmək üçün gedirik. İşğaldan xəbərimiz yoxdur, siz bizim bir növ respublikamız, ittifaqımız idiniz, işğal olunmuş ölkə yox. Rusiya işğalçı deyil, biz sizi nə vaxt işğal etmişik? Biz sizə kömək edirdik. Abxaziyanı sizdən azad etdik. Onlar bizdən kömək istədilər. Siz ora tanklarla girdiniz və biz o tankları gördük. Mən Abxaziyada idim, pəncərəsiz evlər gördüm, çünki hamısını siz dağıtmışdınız. Rusiya Abxaziyanın sizdən azad edilməsinə kömək etdi”, - səyahət gəmisinin sərnişinlərindən biri jurnalistlərə bildirib.
Səyahət gəmisi Palau bayrağı altında üzür. Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin məlumatına görə, gəmi Trabzondan Batumi limanına daxil olub və onun sahibi olan şirkət beynəlxalq sanksiyalara məruz qalmayıb.
“Gəmiyə Türkiyənin “Miray Cruises International” səyahət şirkəti xidmət edir, gəminin sahibi Seyşel adalarında “Goodwin Shipping Limited” adı ilə qeydiyyatdan keçib və beynəlxalq sanksiyalara məruz qalmayıb.
Əgər gəmi və onun sahibi sanksiyalar siyahısındadırsa, ona Gürcüstan limanlarına daxil olmaq və müvafiq prosedurları həyata keçirmək imkanı verilmir”, - Dəniz Nəqliyyatı Agentliyindən bildirilir və qeyd edilir ki, səyahət gəmisinin ölkəyə girişi kommersiya xarakteri daşıyır.
“Astoria Grande” iyulun 22-də Soçi limanını tərk edib. Bu il ilk dəfə olaraq Batumi bir həftəlik səyahət marşrutuna daxil edilib. Rusiya dövlət telekanalının verdiyi məlumata görə, bəzi sərnişinlər bu reysi məhz Batumini görmək üçün seçiblər.
Nğvbəti belə bir tur iyulun 29-dan avqustun 5-dək keçiriləcək. Göyərtəsində rus estrada müğənnilərinin də yer alacağı “Astoria Grande” Soçidən Trabzona yola düşəcək, daha sonra Batumi limanına daxil olacaq, oradan Türkiyəyə qayıdaraq Amasra və İstanbulda dayanacaq. İstanbuldan gəmi yenidən Soçiyə gedəcək.