Almaniya kansleri Olaf Şolts avqustun 1-də Rusiya ilə Qərb arasında genişmiqyaslı məhbus mübadiləsinə münasibət bildirib. Onun sözlərinə görə, Almaniyada Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinən Vadim Krasikovun Rusiyaya deportasiyası asan qərar olmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu çətin qərar aidiyyatı qurumlarla hakim koalisiya arasında hərtərəfli məsləhətləşmələr və müzakirələrdən sonra qəbul edilib. Bu, baş prokurorun həbs cəzasının icrasından imtina edilməsi və daha deportasiya olunması əmri əsasında həyata keçirilib”, - Şolts bildirib.
Kansler Kremllə belə bir razılaşmanın Rusiya Federasiyasının həbsxanalarında olan Rusiya siyasi məhbuslarının, Almaniya və ABŞ vətəndaşlarının azad edilməsi üçün zəruri olduğunu vurğulayıb.
“Bir neçə ili həbsdə keçirən qatilin ömürlük həbs cəzası ola-ola deportasiya edilməsi qərarı heç kəs üçün asan olmadı.
Dövlətin həbsin icrasında marağı Rusiyada həbsdə olan günahsız insanların və qeyri-qanuni siyasi məhbusların azadlığına, onların sağlamlığına və bəzi hallarda həyatlarına uyğun olmalı idi”, - Şolz bildirib.
Olaf Şolts təsdiqləyib ki, sövdələşmənin bir hissəsi olaraq Belarusda terrorizmdə təqsirli bilinən, ölüm cəzasına məhkum edilmiş və daha sonra ölkə prezidenti Aleksandr Lukaşenko tərəfindən əfv olunan Almaniya vətəndaşı Riko Kriqer azad edilib. Almaniya kansleri Kriqer və bir neçə rusiyalı siyasi məhbusu Köln hava limanında qarşılayıb.
Məhbusların mübadiləsinə Almaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Maykl Rot da münasibət bildirib və deyib ki “bəzən humanitar məqsədlər üçün şeytanla belə sövdələşməlisən”.
Məhbus mübadiləsi çərçivəsində Rusiya 16 nəfəri azad edib, əvəzində isə 8 nəfər alıb. “BBC”nin Rus Xidmətinin yazdığı kimi, Rusiya Soyuq Müharibə bitdikdən sonra ilk dəfə olaraq xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşılığında siyasi məhbusları azad edib.
Vadim Krasikovun azadlığa çıxmasında Rusiya prezidenti Vladimir Putin şəxsən maraqlı olub.
Moskvaya qayıdanları Putin hava limanında, təyyarənin darvazasında qırmızı xalça və fəxri qarovulla qarşılayıb. Onun ilk əl sıxdığı şəxs Vadim Krasikov olub.
Krasikov 2021-ci ilin dekabrından Almaniyada ömürlük həbs cəzasına məhkum edilib. 2019-cu il avqustun 23-də o, günorta çağı Berlin parkında keçmiş çeçen səhra komandiri, 40 yaşlı Zelimxan Xanqoşvilini iki güllə vuraraq öldürüb. Putin Krasikovu “qulduru məhv edən vətənpərvər” adlandırıb.