Raçada, Şovi kurortu ərazisində təbii fəlakət nəticəsində həlak olmuş 22-ci şəxsin cəsədi tapılıb, 11 şəxsin axtarışları davam edir. Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvilinin dediyinə görə, cəsəd təbii fəlakətin episentrindən 20 kilometr aralıda Rioni çayı yatağında tapılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hazırdacəsədin təxliyyəsi tədbiri davam edir. Bundan əlavə, insanın aşağı ətrafı aşkar edilib və hazırda aktiv axtarış aparılır. Su cəsədi sahilə çıxarmır, bu, monitorinqin nəticəsidir, o fəlakətin episentrindən 20 kilometr aralıda tapılıb. Aşağı ətraf isə fəlakətin episentrindən 24 kilometr aralıda görünüb.
Çayın səviyyəsi artıq az-çox aşağı düşüb, ona görə də çay yatağında kiçik adalar yaranıb, orada çoxlu miqdarda bərk material yığılıb və bütün bunların yoxlanılması nəticəsində biz bu nəticəni əldə etdik”, - Mğebrişvili jurnalistlərə bildirib.
Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisinin sözlərinə görə, bu gün çayın 30 kilometrlik hissəsində monitorinq aparılır, lakin günün sonunda və ya sabah səhər saatlarında perimetr 54 kilometrə qədər artacaq – “bu artıq Ambrolauri ərazisi olacaq. Çalışacağıq ki, çayın yatağına mümkün qədər səmərəli şəkildə nəzarət edək”.
Şovi kurortunun ərazisindəki Raçada avqustun 3-də baş verən buzlaq qaynaqlı palçıq axını kurortu demək olar ki, tamamilə məhv edib. Avqustun 10-na kimi olan müddətdə 21 cəsəd tapılıb, onlardan 19-nun şəxsiyyəti müəyyən edilib. Rəsmi məlumata görə, aralarında uşaqlar da daxil olmaqla 11 nəfər itkin düşmüş hesab olunur. Təbii fəlakət yerində xilasetmə əməliyyatı hadisədən 3 saat sonra başlayıb, palçıqda qalan insanlar təcili yardım istəyiblər. 210 nəfər fəlakət zonasından helikopterlərlə təxliyə edilib.