“İrakli Kobaxidzenin məqsədyönlü bəyanatı, əlbəttə ki, bütöv hökumətin mövqeyini ifadə edir. Ölümdən xilas olanları susdurmaq, onların fəallaşmamaları və hökumət əleyhinə ifadə verməmələrini istəyirlər. Amma bu insanlar ölümün-qalım yolu keçiblər. Necə qorxa bilərlər?! Hökumətin qorxduğu, məhz faciə ilə bağlı obyektiv məlumatlar və mütəxəssis rəyləri yayan insan qrupları və ya təşkilatlardır ki, bu da hökumətin məsuliyyətini və cinayət əməllərini ən çox vurğulayır”, - deyə sosioloq, Tbilisi Dövlət Universitetinin professoru İaqo Kaçkaçişvili “Dağ Xəbərləri” ilə müsahibəsində bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
- “Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze verilişdə təbii fəlakətdən qurtulan insanların, o cümlədən Davit Jeladzenin hekayəsini ağılasığmaz yalan və spekulyasiya adlandırıb. Jeladze palçıq kütləsində azı 4 saat qaldıqlarını, xilasetmə əməliyyatının gec başladığını söyləyir. “Dağ Xəbərləri” ilə müsahibəsində o, bacısı uşaqlarından biri olan 6 yaşlı Maşonu fəlakət zonasının ortasından belinə qədər palçığa batmış şəkildə, nisbətən təhlükəsiz yerə necə apara bildiyini təsvir edib. Kobaxidzenin bu hərəkəti məqsədyönlüdürmü, ki, bu böhranı, hökumətin gecikmiş reaksiyasını yaşamış insanları susdursun və digərləri daha artıq danışmasısn?
- Təbii ki, bu, İrakli Kobaxidzenin tamamilə məqsədyönlü bəyanatıdır, bu halda təbii ki, bütövlükdə hakimiyyətin sözünü deyir. Hakimiyyət İrakli Kobaxidzenin siması ilə məsuliyyətdən tamamilə yayınmağa və Şovidə baş verən faciəyə görə ağırlıq mərkəzini təbii fəlakətin təsirinə yönəltməyə çalışır. Söhbət fərqli tip bir hadisədən getsə idi, Kobaxidze kəskin tənqid oxlarını mütləq müxalifətə, vətəndaş cəmiyyətinə, ictimai fəal qruplara yönəldərdi, lakin indiki halda bu, tamamilə absurddur. Bu faciənin dəf edilməsinə və ya vaxtında reaksiya verilməsinə hökumət nümayəndəsindən başqa heç kim müdaxilə edə bilməzdi. Bu, aciz cəhddir, çünki şahidlər var, insan hekayələri var. Buradan uzaqlaşmaq çox çətindir. Hökumətin üzərinə məsuliyyət düşür. Vaxtında reaksiya verilmədiyi daha da aydınlaşacaq.
Daxili işlər nazirinin dünənki bəyanatını yada salaq. Buna nə ad verə bilinəcəyini, nə qədər qeyri-peşəkar və qeyri-insani olduğunu bilmirəm. Nazir dedi ki, bizim gecə uçmaq imkanlarımız var idi, lakin buna ehtiyac olmayıb və istifadə etməmişik. Hakimiyyətin əsas nümayəndələrindən birinin belə qeyri-adekvat bəyanatı birbaşa heyrətləndiricidir. Bu, hökumətin uğursuz işinin lüstrasiyasıdır. Demək olar ki, Qomelauri hökumətin sirrini açıqlayıb. Əhali bunu görür və hökumət bu faciəyə görə məsuliyyəti öz üzərinə götürməli olacaq.
- Kobaxidzenin və hakim partiyanın bir tərəfdən ölümdən xilas olanlara, digər tərəfdən isə cəmiyyətə qarşı daha hansı məqsədləri ola bilər. Məsələn, zərərçəkmişlər hüquqi mübahisəyə başlamasınlar, mövzu sürətlə bağlansın və cəmiyyəti məlumat vakuumuna salsınlar...
- Hakimiyyət onları susdurmaq istəyir ki, fəallıq edib, hakimiyyətin əleyhinə ifadə verməsinlər. Lakin, bu insanlar üz-üzə toqquşdular, bir sözlə, ölüm-qalım yolunu keçdilər. Necə qorxa bilərlər, onları necə qorxuda bilərələr?! Ağılasığmaz hadisədir. Bu adamlar elə bir şeyə dözdülər, elə bir şeyin gözlərinin içinə baxdılar, bunun fonunda hakimiyyətin qorxusu bir az qeyri-adekvat görünür. Sanmıram ki, bu adamlar hakimiyyətin təhdidindən təsirlənsin, baxmayaraq ki, böyük ehtimalla belə bir qəsd var.
Hökumətin bu bəyanatlarında əsas odur ki, cəmiyyəti inandırsın ki, bu məsələdə heç bir günahı olmadığına, heç kimin belə dağıdıcı fəlakətdən qaçınmasın mümkün olmadığına inandırsın, hərçənd bu işə yaramır.
O, öz məsuliyyətindən tamamilə yayınmaq istəyir, amma bu, nəticə verməyəcək. Bu, Kobaxidzenin tətbiq etdiyi özünü ağa çıxarma strategiyasıdır.
- Bu faciə zamanı belə hakimiyyət “rus qanunu” ruhunda qisas almaqdan yayınmadı. Parlamentin sədri Şalva Papuaşvili bizi dezinformasiya yaymaqda, panika və təxribat törətməkdə ittiham etdi. O, həmçinin burada donorların məsuliyyətinin olduğunu deyib və onları düşünməyə çağırıb. Təbii fəlakət nəticəsində 25 cəsəd tapılarkən, xilasedicilər itkin düşmüş 8 nəfərin axtarışlarını davam etdirərkən, qərəzsiz mütəxəssislər bizə başqa bölgələrdə də belə təhlükələrin olduğunu deyəndə, müstəqil mediaya, ictimai təşkilatlara basqın etməyə necə vaxt edə bilirlər, onları nə motivasiya edir necə bacarırlar?
- Hökumət, məhz faciə ilə bağlı obyektiv məlumatlar, mütəxəssis rəyləri yayan, hakimiyyətin məsuliyyətini və cinayət əməllərini ən çox vurğulayan o qruplardan və ya təşkilatlardan qorxur.
Hakimiyyət kimisə susdurmaq istəyirsə, o, məhz bu adamlardır. Aydındır ki, o, susdurmağı bacara bilməyəcək. Ona görə də onun etməyə çalışdığı şey onları marjinallaşdırmaqdır. Gücləndirilmiş hücum, məhz bununla izah olunur. Hakimiyyət həqiqət qarşısında uduzur. Müvafiq olaraq, həqiqəti söyləyən subyektləri qaralamaq niyyətindədir və biz bunu görürük. Hakimiyyət medianın, mütəxəssislərin, nəhayət, geniş ictimaiyyətin də verdiyi suallara çox sərt cavablar verməli olacaq.
Bu ana qədər hakimiyyət “agentlər haqqında” rus qanununun ləğvini həzm edə bilmədi. Bu, onu çox narahat edir və bilavasitə nail olub qanuna çevirə bilmədiyi müstəqil arzusunu indi arxadan gətirməyə çalışır. Bu termin - “xarici təsir agenti” marjinallaşmanı təşviq edən və vətəndaş cəmiyyətini nüfuzdan salan termin kimi daim hökumətin ictimaiyyətlə ünsiyyətində iştirak edir. Hökumət institusional olaraq “rus qanunu”nu qəbul edə bilmədi ki, bu da demokratiyanın qorunub saxlanması yolunda böyük əhəmiyyət kəsb edən çox böyük qələbədir, lakin kommunikasiya strategiyasında bu termindən yenə də istifadə edir. Bu, bizə bir daha göstərir ki, hökumətin niyyəti nə qədər ciddi idi və bu qanun layihəsi qanuna çevrilsəydi, gürcü demokratiyası üçün hansı nəticələrə gətirib çıxarardı.
- Hökumət bu böhranı idarə edərkən, Şovi faciəsinin nəticələri hakim partiyaya hansı təsirləri göstərə bilər?
- Hökumətin bu faciə ilə bağlı kommunikasiya siyasətində verdiyi mesaj ondan ibarətdir ki, insanların üzləşməkdə aciz olduğu təbii fəlakət baş verib. Ona görə də hakimiyyətdən heç nə tələb etməyin, belə şeylər olur. Hakimiyyətlə əlaqəli media dünyanın müxtəlif ölkələrindən fəlakətlər göstərdi, bunun hər yerdə baş verdiyini, bunun acı reallıq olduğunu və s. Hökumətin əsas məqsədi də budur.
O, Şovi faciəsini insanın təbiət qarşısında acizliyinin ifadəsinə və göstəricisinə çevirmək istəyir. Bu alınmayacaq, hökumət bunu alındıra bilməyəcək. Təbii ki, təbii fəlakətlər baş verir, lakin bu fəlakətlərin nəticələrini azaltmaq imkanları var ki, bu da mahiyyətcə hökumətin imkanlarından və effektivliyindən asılıdır.
İnsanlar fəlakətlə mübarizə apara, dağıdıcı nəticələrin azaldılmasının qayğısına qala bilər və bu işdə birinci məsuliyyəti hökumət daşıyır.
- Hansı növ məsuliyyəti nəzərdə tutursunuz? Araşdırma başlandı [daha çox formal olaraq], mövcud təcrübəni nəzərə alaraq, yəqin ki, hansısa nəticəni gözləmək olmaz.
- Biz hamımız bilirik ki, bu araşdırmanın nəticəsi nə olacaq, indiyə qədər nə oldusa onu kimi, - hakimiyyət mümkün olan hər şeyi etdi, lakin bu təbii fəlakətin qarşısını ala bilmədilər və bunu dəf etmək mümkün deyildi - bu, araşdırmanın nəticəsi olacaq. Hökumət parlamentdə istintaq komissiyası yaratmayacaq və bunun üçün onun müvafiq rıçaqları var. Onun belə bir komissiyanın yaradılmasına səs verməyib, ləğv etdirəcək çoxluğu var. Amma,
Biri hakimiyyətin niyyəti, digəri isə bu hadisə ilə bağlı cəmiyyətin hakimiyyətə münasibətinin necə olacağıdır. Düşünürəm ki, hökumət cəmiyyətin əksəriyyətini bu faciənin qorxunc nəticələrini azaltmaq üçün bundan artıq heç nə edə bilməyəcəyinə inandıra bilməyəcək.
Bu faktın iqtidarın siyasi çəkisini, siyasətin dili ilə desək, reytinqini aşağı salacaqmı, mən bu proqnozu verə bilmərəm. İctimai rəy sorğusunun nəticələri bizə gələcəkdə buna cavab verəcək. Bunun hökumətə nə dərəcədə ziyan vuracağı, müəyyən dərəcədə olacağı dəqiq olsa da, indi bu haqda danışmaq çətindir.
- Daxili işlər naziri fəlakət zonasında faciədən sonra 11-ci gün peyda oldu. Bir müddət əvvəl parlament sədri nazirin xəstə ailə üzvü olduğunu bildirmişdi. Dünən Vaxtanq Qomelauri atasının ağır xəstə olduğunu və Türkiyədə xəstəxanada onun başının üstündə dayandığını bildirib. Belə bir faciə baş verəndə birbaşa vəzifəsi böhrana dərhal reaksiya vermək, istintaqa sübutlar toplamaq olan bir nazirin sizə göstərdiyi səbəb nə dərəcədə inandırıcı, həm də nəzərə alınası idi?
- Hökümətin birinci şəxslərindən, əlində onunla tez hərəkət edə biləcəyi səfərbər olunan texnikanın olduğu kəsdən danışarkən inandırıcı gəlmir. Bu 11 gündə necə ola bilərdi ki, insan bir neçə saat tapmasın ki, faciə baş verən yerə getsin, sonra yenidən qayıtsın. Yaxud belə kritik bir vəziyyət idisə, niyə əvvəllər açıqlama verilmədi? Nazir niyə ilk saatlarda bu səbəbdən gələ bilməyəcəyimi demədi? Faciədən 11 gün sonra bu barədə necə açıqlama verilə bilinər? Təbii ki, inandırıcı deyil və bu baxımdan nazirin mövqeyi rəğbətə layiq deyil. Düşünürəm ki, ictimaiyyət də bunu görür. Ertəsi gün Baş nazir də Oniyə gəldi. Onun səfəri də gecikdi. Məsul orqanlar həmin saatlarda faciə yerinə gəlməli idi.
- Avqustun 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 8 illiyi qeyd olundu.
- Bəli bilirəm.
- Baş nazir fəlakət bölgəsində helikopterlə dövrə vurdu, Şovinin girişində ölən və itkin düşənlərin ailə üzvləri ilə belə görüşmədi.
- Hakimiyyət üçün öz məsuliyyətini hiss etdiyi bütün situasiyalar diskomfortdur və bu diskomfortdan qaçmaq istəyir. Yenə deyirəm ki, belə, doğrudan da dəhşətli faciə qarşısında məsuliyyətdən yayınmaq çox çətindir. Hökumət bunu etmək üçün çox cəhdlər etsə də, buna nail olmayacaq. Ən azından, çox çətin olacaq.