Daxili İşlər Nazirliyi Şovidə təbii fəlakət zonasında polis əməkdaşının dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatı təsdiqləyir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dünyasını dəyişən şəxs Ambrolauri rayon administrasiyasının istintaq şöbəsinin müstəntiqi, 1975-ci il təvəllüdlü Mirian Çelidzedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Polis mayoru xidməti vəzifəsini yerinə yetirirmiş.
“O, təbii fəlakət bölgəsində davam edən xilasetmə tədbirləri çərçivəsində ictimai asayişi qoruyarkənpis olub və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mirian Çelidzenin vəfatı ilə əlaqədar Daxili İşlər Nazirliyi mərhumun ailəsinə, yaxınlarına və əməkdaşlarına dərin hüznlə başsağlığı verir”, - Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Polisin ölümü ilə bağlı məlumatı əvvəlcə sosial şəbəkədəki səhifələrdən biri yayıb. Yerli əhalinin verdiyi məlumat əsasında yazıblar ki, Şovidən Nakieti kəndinə gələn polis yerli sakinin evinin qapısının yanında infarkt keçirib.
Artıq dördüncü gündür ki, Şovi kurortunun ərazisində axtarış-xilasetmə işləri aparılır. İşə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri, polis bölmələri, kinoloqlar qrupu, pilotsuz uçuş aparatları, xüsusi texnika və sərhəd polis helikopteri cəlb olunub.
Avqustun 3-də kurort ərazisində baş verən sürüşmə nəticəsində azı 18 nəfər həyatını itirib. 16-sı hələ də itgin hesab olunur.