Təbii fəlakət zonası olan Şovidə tapılaraq təxliyyə olunan 11 cəsəddən indiyədək yalnız altısının şəxsiyyəti müəyyən edilib. Bu barədə Gürcüstan hökumətinin Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir tərəfdə, dünən cəsədlərin daha çox tapıldığı yerdə təxminən səkkiz texnika işləyir. Xilasetmə xidmətinin piyadaları ilə birlikdə ağır texnikalar işləyir. Biz axtarışları sağ insanları tapmaq niyyəti ilə aparırıq və təəssüf ki, cəsədlərin ola biləcəyini nəzərə alırıq, ona görə də işi ehtiyatla, ağır texnika və canlı qüvvənin iştirakı ilə aparırıq.
Dünənki cəsədlərə gəlincə, on bir nəfərdən indiki mərhələdə, bildiyimə görə, altı nəfərin şəxsiyyəti müəyyən edilib. Onlarla bağlı araşdırmalar aparılır, qalanların müəyyən edilməsi istiqamətində də əlavə iş aparılır. "Təəssüf ki, cəsədlər elə bir mühitdə aşkar edilib ki, onlar zədələnib, ona görə də DNT analizi aparılacaq və müvafiq olaraq onların şəxsiyyətinin müəyyən edilməsi üçün bütün prosedurlar həyata keçiriləcək", - Barnabişvili bildirib.
Avqustun 3-də Şovidə baş verən təbii fəlakətdə azı 12 nəfər həlak olub, 20-dən çox adamın axtarışları davam edir. İtkin düşənlər arasında kiçik uşaqlar da var.