Soxumidə yanvarın 21-də rəsm qalereyasında baş verən yanğınla bağlı mitinq keçirilib. Yerli KİV-in məlumatına görə, qondarma Dövlət Muzeyinin yanındakı meydana toplaşanlar ilk peşəkar abxaz rəssamı Aleksandre Şervaşidze-Çaçbanın məzarını gül-çiçəklə bəzəyib, onun rəsmlərinin məhv olmasından kədərləndiklərini bildiriblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Elə əsərlər var ki, bir xalqa, elələri də var ki, bir çox xalqlara aiddir. Fransızlar Aleksandr Çaçba-Şervaşidzenin fransız, ruslar rus, gürcülər isə gürcü olmasını istəyirdilər. Amma o, abxaz idi və deyirdi: “Mən abxazam, taleyimi və bütün yaradıcılığımı xalqıma bağlayıram. Əgər özüm bacarmasam, yenə də əsərlərimi vətənə göndərəcəm”. O, belə də etdi və biz onları xilas edə bilmədik”, - deyə şair Dimitri Qabelia bildirib.
“Abxaziya Milli Rəsm Qalereyasının” direktoru Suram Sakaniya üzr istəyib və bildirib ki, yanvarın 21-də baş verənlərdə onun da günahı var: “Bizim Çaçba-Şervaşidzenin rəsmlərini geri qaytarmaq imkanımız yoxdur. Ola bilsin ki, bu haqda eşitmisiniz, amma keçən il “Aquaphone” şirkəti onun bir neçə əsərini alıb bizə hədiyyə etmişdi. Onları xilas edə bilmədik. Aleksandr Çaçba-Şervaşidzenin Abxaziyaya göndərdiyi 500 əsərdən 226-sını gürcülərin əlindən ala bildik. O vaxtdan biz onun adına muzey yarada bilmədik ki, orada onun rəsm əsərləri saxlanılsın”.
İclasda prezident administrasiyasının de-fakto rəhbəri Absalom Kvarçia da iştirak edib. Onun sözlərinə görə, rəssamın bütün dünyada əsərlərini toplamaq üçün hər şey edilməlidir.
“Baş verənlər 30 illik fəaliyyətsizliyimizin nəticəsidir. Hamımız günahkarıq. Biz atalarımızın, qardaşlarımızın, babalarımızın 30 il əvvəl özlərini qurban verdiyi hər şeyi itirmişik. Biz bütün səhvlərimizi etiraf edib peşman olmalıyıq”, - deyə rəssam Madina Biqvava qeyd edib.
Yanvarın 21-də, səhər saatlarında Abxaziya Rəssamlar İttifaqının mərkəzi sərgi zalının binasında yanğın baş verib, nəticədə Milli Rəsm Qalereyasının fondu demək olar ki, tamamilə yanıb. Qondarma Mədəniyyət naziri vəzifəsini icra edən Dinara Smirinin sözlərinə görə, binada 4000-dən çox nüsxə saxlanılırmış. Aleksandr Şervaşidze-Çaçbanın 300 əsərinin hamısı yanıb.
Yanvarın 22-də Rusiyanın mədəniyyət naziri bəyan edib ki, rusiyalı mütəxəssislər yanğından salamat çıxan əsərlərin vəziyyətini öyrənmək və bərpa işlərini planlaşdırmaq üçün Soxumiyə gələcəklər. Gürcüstan Milli Muzeyi bu məsələyə yanvarın 23-də münasibət bildirib və zərər görmüş eksponatların bərpası prosesində rəsm qalereyasının mütəxəssislərinə kömək etməyə və bu məqsədlə Şalva Amiranaşvili Dövlət İncəsənət Muzeyinin restavratorlarından ibarət xüsusi qrup yaratmağa hazır olduğunu bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Soxumi Milli Qalereyasının dağılması “hər birimiz üçün faciədir”. Zurabişvilinin fikrincə, insident bilavasitə de-fakto rəhbərliyin və rus işğalçılarının mədəni kimliyə etinasız yanaşmasının nəticəsidir.
Aleksandr Şervaşidze-Çaçba Abxaziyanın sonuncu knyazı Mixail Şervaşidzenin qardaşı oğlu idi. 24 dekabr 1867-ci ildə Ukraynanın Feodosiya şəhərində anadan olub. Təhsilini Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbində almış, 1885-ci ildə Fransanın Paris şəhərində təhsilini davam etdirmişdir. Aleksandr Şervaşidze-Çaçba Sankt-Peterburq İmperator Teatrının məşhur ssenaristlərindən biri idi. 1918-ci ildə Soxumidə rəssamlıq məktəbinin əsasını qoyub. Siyasi vəziyyətə görə o, Soxumini tərk etmək məcburiyyətində qalıb. 1920-ci ildən rəssam əvvəlcə Londonda, sonra isə Parisdə yaşaymış və işləmişdir. 1968-ci ildə 101 yaşında Aleksandr Şervaşidze-Çaçba Monakoda vəfat edib. Onun nəşi 1985-ci ildə Abxaziyaya köçürülüb. Sağlığında, təxminən 1958-1960-cı illərdə rəssamın arzusu ilə onun 500 əsəri Gürcüstana, 200-ə yaxını isə Soxumiyə köçürülmüşdür. Aleksandr Şervaşidze-Çaçbanın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.