İşğal olunmuş Abxaziyada Soxumi şəhərinin mərkəzi sərgi zalındaki yanğından salamat çıxan rəsm və sənədlərin vəziyyətini rusiyalı mütəxəssislər qiymətləndirəcəklər. Bunu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova bildirib və hadisəni “humanitar fəlakət” adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yaxın müddətdə Mədəniyyət Nazirliyinin bir qrupu Soxumiyə gedəcək, o cümlədən İ.E. Qrabar adına Ümumrusiya İncəsənət Elmi və Bərpa Mərkəzinin, Dövlət Elmi-Tədqiqat Restavrasiya İnstitutunun, Tretyakov Qalereyasının və Rusiya Muzeyinin nümayəndələri. Mütəxəssislər bərpa işlərinin planını hazırlamaq üçün çıxarılmış çertyojların və sənədlərin vəziyyətini yerində yoxlayacaqlar”, - Lyubimova bildirib.
Yanvarın 21-də, səhər saat 03:30 radələrində Soxumi şəhərinin mərkəzi sərgi zalında baş verən yanğın qısa müddətdə taxta tavanlı binanın ikinci mərtəbəsinə keçib. Nəticədə Milli Rəsm Qalereyasının fondu demək olar ki, tamamilə yanıb.
İşğal olunmuş Abxaziyanın qondarma Mədəniyyət Naziri vəzifəsini icra edən Dinara Smirin sözlərinə görə, binada 4000-dən çox əsər, o cümlədən ilk peşəkar abxaz rəssamı Aleksandr Şervaşidze-Çaçbanın 300-ə yaxın əsəri saxlanılırmış. “Bu, Abxaziyanın milli mədəniyyəti üçün yolunaqoyulmaz itkidir”, - Smir bildirib.
Abxaziya və rus rəssamlarının 200-ə yaxın rəsm əsəri yanğından xilas olub. Yerli KİV-in məlumatına görə, onların heç biri Aleksandr Şervaşidze-Çaçbaya aid deyil.
Yanğının səbəbi hələ müəyyən edilməyib. De-fakto Daxili İşlər Nazirliyi bütün mümkün versiyaları, o cümlədən qəsdən yandırma ehtimalını nəzərdən keçirir.
Abxaziyanın Milli Rəsm Qalereyası ötən əsrin 60-cı illərində yaradılıb. Onun fonduna 19-20-ci əsrlərin abxaz və rus rəssamlarının əsərləri daxil idi.