Almaniyanın "Spiegel" nəşrinin məlumatına görə, xarici işlər naziri Analena Berbok və onun nümayəndə heyətinin olduğu Almaniya hökumət təyyarəsi uçuş-enmə zolağının başqa bir təyyarə tərəfindən bağlanması səbəbindən Tbilisi hava limanına eniş edə bilməyib. Hökumət təyyarəsi yalnız ikinci cəhddən sonra yerə enib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Spiegel yazır ki, Şimali Makedoniyanın paytaxtı Skopyedən havaya qalxan Airbus A340-300 təyyarəsi saat 23:00-da Tbilisiyə enməli idi, lakin eniş şassisi eniş zolağına toxunmaq üzrə olan vaxt təyyarə havaya qalxıb və ikinci dövrəyə gedib. "Spiegel"in məlumatına əsasən, hökumət təyyarəsinin pilotu səbəbin kifayət qədər sürətlə hərəkət edə bilməyən başqa bir təyyarə olduğunu bildirib.
“Airbus” saat 23:20 radələrində Tbilisi hava limanına eniş edib. Analena Berboku hava limanında Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze qarşılayıb.
“Sakaeronaviqasiya”nın izahatına görə, məsələ araşdırılır və araşdırma başa çatana qədər hər hansı şərh verilməyəcək.
Almaniyanın xarici işlər naziri bu gün səhər saatlarında qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb.
“Biz ölkədə baş verən son hadisələrdən danışdıq. Bu rus qanununu, bu qanunun təşəbbüsünə qədər, onun irəli sürülməsi anında və ləğv olunmasından sonra olan prosesləri müzakirə etdik. Bizim əsas mesajımız ondan ibarət idi ki, Gürcüstan cəmiyyəti Avropa İttifaqından status istəyir, biz buna layiqik, almalıyıq və bunun üçün hər şeyi edəcəyik, lakin Qərb tərəfdaşlarımızın köməyinə ehtiyacımız var. Xarici işlər nazirindən xahiş etdik ki, bu yolda xalqımıza dəstək olsun, çünki bu gün bu ölkənin Avropa gələcəyi üçün ancaq gürcü xalqı mübarizə aparır. Hökumət bunun üçün heç nə etmir, əksinə, işi korlayırlar”, - “Beynəlxalq Şəffaflıq Gürcüstan” təşkilatının rəhbəri Eka Qiqauri bildirib.
“Ədalətli Seçkilər”in direktoru Nino Dolidzenin sözlərinə görə, Almaniyanın xarici işlər naziri Gürcüstanda gedən proseslər haqqında yaxşı məlumatlı olub və “bu proseslərdə gürcü xalqına faktiki dəstəyini və yanlarında olduğunu ifadə edib”.
Analena Berbok hazırda xarici işlər naziri İlya Darçiaşvili ilə görüşür.
Baş nazir İrakli Ğaribaşvili, prezident Salome Zurabişvili, müxalif siyasi partiyaların nümayəndələri və tələbələrlə görüşlər nəzərdə tutulub. Analena Berbok Rusiyanın işğal etdiyi Cxinvali rayonunun işğal xəttinə də gedəcək.
Tbilisiyə gəlməzdən əvvəl Analena Berbok bildirib ki, o, Gürcüstanın Avropa kursundan yayınmaq cəhdlərini görür və Tbilisiyə səfər etməklə Almaniyanın ölkənin Avropa perspektivini tam dəstəklədiyini açıq şəkildə bildirmək istəyir.
“Mən Tbilisidə hökumətlə ölkənin Aİ üzvlüyünə namizəd statusu almaq üçün atmalı olduağı addımlar barədə danışacağam. Demokratik standartların qorunmasından əlavə, söhbət kütləvi informasiya vasitələrinin azadlığından, canlı vətəndaş cəmiyyətinə dəstəkdən və bəzən fikirlər fərqli olsa belə, hörmətli ictimai debatlardan gedir”, - o bildirib.
Analena Berbok ilk dəfədir ki, Gürcüstanda rəsmi səfərdədir.