Spontan toplaşma/nümayiş zamanı bələdiyyənin icra orqanına 5 gün əvvəldən məlumat vermək öhdəliyi ləğv edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, bələdiyyənin icra hakimiyyəti orqanına toplaşmaq/nümayişin keçirilməsinə ən geci 5 gün qalmış məlumat vermək öhdəliyini nəzərdə tutan “Yığıncaqlar və Nümyaişlər Haqqında” Qanunun 8-ci maddəsinin 1-ci bəndinin normativ məzmunu, bu müddət ərzində xəbərdarlıq edilməsi yığıncaq/nümayişin spontanlığı nəzərə alınmaqla, qeyri-mümkündür və konstitusiyanın 21-ci maddəsinin birinci bəndinə münasibətdə konstitusiyaya ziddir.
Xalq Müdafiəçisi qanunun konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün 2021-ci ildə məhkəməyə müraciət edib. İddiaçı izah edib ki, mübahisələndirilən norma spontan toplaşma və nümayişin keçirilməsinin hüquqi imkanlarını istisna edir, çünki bələdiyyənin icra orqanına 5 gün əvvəl xəbərdarlıq edilməsi tələbi istisnasız olaraq bütün hallarda tətbiq edilirdi. İddiaçı bildirib ki, toplşma tez-tez ani sosial etirazla baş verir və ümumiyyətlə təyin edilmiş təşkilatçısı olmaya bilər. Belə olan halda vaxtın azlığı və digər hallar səbəbindən mübahisəli qaydaya riayət etmək mümkünsüz olur.
Konstitusiya Məhkəməsi iddianı təmin edib və müəyyən edib ki, Konstitusiyanın 21-ci maddəsi ilə qorunan sərbəst toplaşmaq azadlığı həm əvvəlcədən təşkil olunmuş, həm də spontan toplaşma və nümayiş keçirmə imkanını qoruyur, çünki ayrı-ayrı hallarda toplaşma və nümayişin səmərəliliyi təxirəsalınmazlıq, vaxtda gecikmənin aradan qaldırılması və ictimai reaksiyanın dərhal ifadəsini tələb edir. Müvafiq olaraq, spontan toplaşmaq və nümayiş keçirmək hüququ, o cümlədən nəqliyyat yerində və ya nəqliyyatın hərəkətini pozmaqla, toplaşma və nümayiş azadlığının mühafizə olunan sahəsinə aid olunur.
“Gürcüstanın tarixi təcrübəsi göstərir ki, ümumilikdə toplaşmaq və nümayiş keçirmək hüququ Gürcüstan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Onilliklər ərzində ictimai yığıncaqlar dövlət maraqlarının müdafiəsi, ictimai rəy formalaşdırmaq, etiraz aksiyaları keçirmək, ideyalar, dəyərlər ətrafında birləşmək və ya mübarizə aparmaq üçün səmərəli və tez-tez istifadə olunan vasitə olub”, - deyə Konstitusiya Məhkəməsi izah edir.
Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, spontan toplaşma ilə bağlı bütün hallar avtomatik olaraq müvafiq orqana əvvəlcədən xəbərdarlıq edilmənin zəruriliyini və ya mümkünlüyünü istisna etmir.
“Yığıncaq təşkilatçılarının xəbərdarlıq etmək öhdəliyi hüququnun həyata keçirilməsi ilə bağlı məsuliyyət və vəzifədir. Təşkilatçılara toplaşma və ya nümayişin iştirakçılarının sayını nəzərə alaraq yolun qismən və ya tamamilə bağlanacağı məlum olan kimi, bu barədə ən qısa zamanda dövlət orqanlarına məlumat verməlidirlər”, - deyə Konstitusiya Məhkəməsi qeyd edir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi bu qərarla inddiyədək qüvvədə olan, əvvəlcədən müəyyən edilmiş qaydada insanların və nəqliyyat vasitələrinin hərəkət etdiyi yerlərdə maneəsiz spontan etiraz nümayişi keçirmək hüququnu Konstitusiyanın 21-ci maddəsinin birinci bəndi ilə qorunan ərazinin tərkib hissəsi kimi hesab etmədiyi təcrübəni dəyişdirib.