Strasburq məhkəməsi “Qavrilov gecəsi” basqını ilə bağlı işdə qanun pozuntusu aşkar edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İnsan Haqları Məhkəməsi 20-21 iyun 2019-cu il tarixlərində keçirilən aksiyanın dağıdılması ilə bağlı Avropa Konvensiyası ilə təmin olunan hüququn prosessual pozuntusunu müəyyən edib və zərər çəkmiş Gürcüstan vətəndaşlarına onlara dəyən mənəvi ziyanın konpensasiyası kimi ümumilikdə 153 600 avro ödənilməsinə qərar verib. Məhkəmənin qərarına əsasən, Konvensiyanın dövlətin işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza iddialarını araşdırma öhdəliyini nəzərdə tutan 3-cü maddəsi pozulub.

“Tsaava və başqaları Gürcüstana qarşı” işində 26 Gürcüstan vətəndaşı şikayətçi olub. Söhbət 2019-cu ilin iyunun 20-21-də Tbilisidə, parlament binası qarşısında keçirilən aksiyanın dağıdılmasından gedir. Genişmiqyaslı etiraz aksiyasına səbəb Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinin sədri kürsüsündə oturaraq rus dilində çıxış etməsi səbəb olub.

İddiaçılar Avropa Konvensiyasının 3-cü maddəsinə (qeyri-insani və ya ləyaqəti alçaldan rəftara qadağa) əsaslanıb və onların xəsarətlərinin həddən artıq güc tətbiqi nəticəsində baş verdiyini və məsələnin istintaqının səmərəsiz olduğunu iddia ediblər. İddiaçılar həmçinin Konvensiyanın 10-cu (ifadə azadlığı), 11-ci (toplaşmaq və birləşmək azadlığı) və 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) maddələrinə istinad ediblər. Avropa Məhkəməsi Gürcüstanda davam edən istintaqı və faktiki elementlərin əlavə aydınlaşdırılması zərurətini nəzərə alaraq bu maddələrlə bağlı qərar qəbul etməkdən yayınıb. Məhkəmə bəzi iddiaçıların qeyd etdiyi 38-ci maddənin (işə baxılması) pozuntusunu aşkar etməyib.

“İddiaçılar atdığı güllələr onların xəsarət almasına səbəb olan məmurları müəyyən edə bilməyib. Bununla belə, məhkəmə qeyd edir ki, rezin güllələrdən istifadə edən məmurların əksəriyyətinin üzləri örtülü olub və polis kordonunun arxasında, nümayişçilərdən daha uzaqda, hündür yerdə dayanıblar. Bu, qurbanların onları tanımasını xeyli çətinləşdirə bilərdi. Doğrudan da bəzi zabitlər öz həmkarlarını belə tanımırdılar.

Lakin, hər şeydən əvvəl, belə genişmiqyaslı polis əməliyyatını planlaşdıran və həyata keçirən səlahiyyətli orqanlar qanun pozuntusunda şübhəli bilinən zabitlərin müəyyən edilməsinin mümkünsüzlüyünün qarşısının alınmasını təmin etməli idilər. Xüsusilə, səlahiyyətli milli orqanlar asayişi qorumaq və ya həbs etmək üçün maskalı polis zabitləri yerləşdirdikdə, bu zabitlərdən order nömrəsi kimi müəyyən fərqləndirici işarələri əyani şəkildə göstərmələri tələb edilməlidir. Bu cür işarələrin nümayişi onların anonimliyini təmin edəcək, eyni zamanda əməliyyatın həyata keçirilmə tərzinə etiraz edildiyi halda onları müəyyən etməyə və sorğu-sual etməyə imkan verəcəkdi.

Hazırkı işdə zabitlər üçün belə tanınma nişanları olmadıqda, pis rəftara səbəb olmuş ehtimal edilən güc tətbiqinə görə məsuliyyət daşıyan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün səlahiyyətli orqanların mövcud istintaq tədbirlərindən istifadə edilməsi daha böyük əhəmiyyət kəsb edir”, - Məhkəmənin qərarında deyilir.

Məhkəmə qeyd edir ki, istintaq dörd il yarımdan çoxdur ki, davam edir, lakin, nəticə əldə olunmayıb, Səlahiyyətlilər nə baş verdiyini öyrənmək və mümkün şübhəliləri müəyyən etmək üçün kifayət qədər səy göstərməyiblər:

“Məsələn, on birinci iddiaçının hadisədən dərhal sonra səlahiyyətli orqanlardan parlamentin həyətinin ətrafında yerləşən videokameralardan qeydlərin çıxarılmasını tələb etməsinə baxmayaraq, belə materialın niyə əldə oluna bilmədiyi aydın deyil. Eynilə, üçüncü, beşinci və yeddinci iddiaçının həbsi və müşayiəti ilə məşğul olan zabitlərin adları səlahiyyətli orqanlara məlum olsa da, nə üçün sözügedən hadisələr zamanı onların hərəkətləri ilə bağlı heç bir nəticə çıxarılmadığı aydın deyil.

  • Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən, dövlət qərarın qəbul edildiyi gündən üç ay ərzində iddiaçılara aşağıdakı məbləğləri ödəməlidir:
  • Kurdovanidze, Qomur, Sulaşvili, Çankseliani - hər birinə 15 000 avro, əlavə olaraq istənilən növ vergilər;
  • Tsaava, Kmuzov, Svanadze, Baqaşvili, Nemsadze, Vaxtanqadze, Xozrevanidze, Koşkadze, Muradov, Çumburidze, Abaşidze, Diasamidze, Şexiladze, Poçxidze, Qiorqadze, Şarvaşidze, Didberaşvili, Berikaşvili - hər birinə 5000, əlavə olaraq istənilən növ vergilər;
  • Xvadaqiani və Çikviladze - 1800 avro, əlavə olaraq istənilən növ vergilər;

Müraciət edən 26 nəfərdən 22-nin maraqları Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası tərəfindən müdafiə olunub. Təşkilatın sədri Nona Kurdovanidzenin sözlərinə görə, onların arasında dinc aksiyanın 10 iştirakçısı, 11 media nümayəndəsi və hadisələrin episentrində təsadüfən olan bir nəfər var. “GGHA” sədrinin qeyd etdiyi kimi, Strasburq Məhkəməsinin bugünkü qərarı rus qanununa qarşı davam edən hərəkətlər kontekstində çox vacibdir və bu gün də mövcud olan sistemli problemlərin xülasəsini əks etdirir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur