Avropa İnsan Haqları Məhkəməsi Zuqdidinin Xurça kəndində qətlə yetirilən 30 yaşlı Qiqa Oxtozoriyanın işində Rusiya tərəfindən yaşamaq hüququnun pozulduğunu müəyyən edib. Rusiyaya Oxtozoriyanın ailəsinə qeyri-maddi ziyanın konpensasiyası kimi 130 000 avro ödəməsi həvalə olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qiqa Oxtozoriya 2016-cı il mayın 19-da, Zuqdidi bələdiyyəsi ilə işğal olunmuş Abxaziya arasında de-fakto sərhəd yaxınlığında, Gürcüstanın nəzarətində olan ərazidə qondarm Abxaz “sərhədçisi” Rəşid Kanci-Oğli tərəfindən qətlə yetirilib.
“Qiqa işğal altında olan Qali rayonuna qondarma keçid məntəqəsini keçib yas mərasiminə yemək aparırmış. O, körpünü keçmək istəyərkən de-fakto sərhədçilər ilə mübahisə edib və yenidən Gürcüstanın nəzarətində olan əraziyə qayıdıb. Onu dörd de-fakto sərhədçi təqib edib, onlardan biri ona 4 atəş açıb və sonda onu başından ölümcül yaralayıb”, - qətlə yetirilən şəxsin anası bildirib.
Ailə üzvləri 2018-ci il yanvarın 11-də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Ərizəçilər qondarma abxaz sərhədçisinin qanunsuz güc tətbiqi nəticəsində Qiqa Oxtozoriyanın qətli və bu faktla bağlı aparılan istintaqın səmərəsizliyi ilə bağlı mübahisə qaldırıblar. Ərizəçilər hesab edirdilər ki, Avropa Konvensiyasının 2-ci maddəsi ilə qorunan yaşamaq hüququ pozulub.
7 mart 2017-ci ildə Kutaisi Apellyasiya Məhkəməsi qondarma sərhədçi Rəşid Kanci-Oğli Qiqa Otxozoriyanın qəsdən öldürülməsində və qanunsuz silah saxlamada qiyabi olaraq təqsirli bilib. Onun barəsində 14 il müddətinə azadlıqdan məhrum edilmə hökmü oxunub. Rəşid Kanci-Oğli İnterpolun qırmızı sirkulyasiyası ilə axtarışa verilib, lakin o, indiyədək həbs olunmayıb.
Avropa Məhkəməsi 8 noyabr 2018-ci ildə işə mahiyyəti üzrə baxmağa başlayıb və məsuldar dövlət kimi Rusiya Federasiyasına suallar ünvanlayıb. Strasburq məhkəməsinə təqdim edilən yazılı arqumentlərdə Rusiya Abxaziyaya Gürcüstanın təcavüzündən xilas olmuş və öz müqəddəratını təyinetmə yolu ilə müstəqil dövlətə çevrilmiş suveren dövlət kimi istinad edir. Rusiya Federasiyası bəyan edir ki, onun yurisdiksiyası Abxaziya ərazisinə şamil edilmir, o, “Abxaziya Respublikası”na effektiv nəzarət və ya hər hansı təsir göstərmir, buna görə də Abxaziya ərazisində Avropa Konvensiyası ilə nəzərdə tutulmuş hüquqları müdafiə etmək imkanından məhrumdur.
Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçilərin vəsatətini təmin edib və Rusiya Federasiyasına Abxaziyanın de-fakto hakimiyyəti tərəfindən Qiqa Oxtozoriyanın qətli ilə bağlı istintaq materiallarını təqdim etməyi tapşırıb. Rusiya Federasiyası öz öhdəliklərini yerinə yetirməyib. Məhkəmə müəyyən edib ki, Rusiya cinayət işinin materiallarını məhkəməyə təqdim etmədiyi üçün Konvensiyanın 38-ci maddəsi də pozulub.
2022-ci ilin martında Ukraynada müharibə başladıqdan sonra Rusiya Avropa Şurasından çıxarılıb, bundan sonra ölkə hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı qurumla bütün əlaqəni kəsib. Avropa Şurasının bəyanatına görə, buna baxmayaraq, Rusiyanın məhkəmənin qərarlarına əməl etmək üçün hüquqi öhdəliyi qalır.
Qiqa Oxtozoriyanın ailəsinin maraqları USAID-in Qanunun aliliyi proqramının köməyi ilə Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası tərəfindən qorunurdu.