Gürcüstan hökuməti, məhz Rusiya hökumətinin 2008-ci ildə Strasburq məhkəməsi qarşısında özünü haqlı çıxarmağa çalışdığı eyni səbəblə Şovi faciəsinə görə məsuliyyətdən yayınmağa çalışır. Avropa İnsan Haqları Məhkəməsi “Badaeva və digərləri Rusiyaya qarşı” işi üzrə sürüşmənin xüsusi qüvvəsi və onun proqnozlaşdırılmasının və ya dayandırılmasının mümkünsüzlüyü əsası ilə müraciət edən cavab tərəfinin mövqeyini bölüşməyib. Məhkəmə 8 nəfərin ölümünə səbəb olan təbii fəlakətin gözlənilən olduğunu, müvafiq xəbərdarlıq sisteminin olmaması və qeyri-adekvat idarəetmə ilə hökumətin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini və yaşamaq hüququnun səmərəli müdafiəsini təmin etmədiyini müəyyən edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiyanın Tirniauz şəhərində torpaq sürüşməsi 2000-ci ilin yayında baş verib. Altı Rusiya vətəndaşı Strasburq məhkəməsinə şikayətlə müraciət edib. Müraciət edənlərin bəzi ailə üzvləri təbii fəlakət nəticəsində həlak olub, bəzilərinin isə evləri dağılıb. Rusiya prokurorluğu sürüşmənin səbəblərini araşdırmaqdan imtina edib, insanların ölümünü təsadüfi hesab edib.
Zərərçəkmişlər Avropa İnsan Haqları Konvensiyasının 2-ci (həyat), 8-ci (şəxsi və ailə həyatının mühafizəsi hüququ) və 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) maddələrinin pozulması ilə bağlı iddialar irəli sürüblər. Onlar iddia ediblər ki, Rusiya hakimiyyəti təbii fəlakət zamanı onların həyat hüquqlarını riskə atıb və insan tələfatının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyib. İddiaçılar Rusiya hakimiyyətini nasaz işləyən torpaq saxlama avadanlığını təmir etməməkdə, fəlakət təhlükəsi barədə əvvəlcədən xəbərdarlıq etməməkdə və insidenti araşdırmamaqda ittiham ediblər.
Rusiya hökumətinin sözlərinə görə, hakimiyyət riskləri azaltmaq üçün bütün zəruri tədbirləri görüb, lakin sürüşmənin xüsusiqüvvəsinə görə onu proqnozlaşdırmaq və ya dayandırmaq mümkün olmayıb.
Strasburq Məhkəməsinin qiymətləndirməsinə görə, Rusiya hakimiyyəti torpağın sürüşmə riski ilə bağlı torpağın istifadəsini düzgün planlaşdırmayıb, insan tələfatı ilə nəticələnən fövqəladə xilasetmə siyasətini həyata keçirməyib. Məhkəmə müəyyən edib ki:
- 1999-cu ildə Rusiya hakimiyyəti genişmiqyaslı sürüşmə risklərinin artması ilə bağlı bir sıra xəbərdarlıqlar alıb;
- Sürüşmənin qarşısının alınması infrastrukturunun təmir olunmsaının zərurəti göz qabağında olsa da, bunun üçün büdcədə müvafiq vəsait ayrılmayıb; Yerüstü qoruyucuya lazımi qulluq göstərilməyib.
- Hakimiyyət orqanları yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün ciddi əməli tədbirlər görməmiş, xəbərdarlıq və təxliyə əmri verilməmişdir.
Məhkəmənin qərarına əsasən, Rusiya hakimiyyəti insan tələfatına səbəb olan həyati təhükə riski qarşısında təbii fəlakətin qarşısını almaq üçün müvafiq tədbirlər görməyib. Hakimiyyət orqanları yaşamaq hüququnun səmərəli müdafiəsini təmin edəcək qanunvericilik və inzibati sistemin yaradılması ilə bağlı öhdəliyini yerinə yetirə bilmədi.
Avropa İnsan Haqları Məhkəməsi dövlətin yaşamaq hüququnun müdafiəsi üzrə müsbət öhdəliyini yerinə yetirməməsi və yaşamaq hüququnun iddia edilən pozulması ilə bağlı adekvat araşdırma aparılmaması səbəbindən Konvensiyanın 2-ci maddəsinin pozulduğunu müəyyən edib. Rusiya hakimiyyəti iddiaçılara 85.000 avro ödəməyə məcbur edilib.
Başqa bir işdə, “Kolyadenko və başqaları Rusiyaya qarşı” işində, Strasburq Məhkəməsi 2012-ci il qərarında izah edib ki, Konvensiyanın 2-ci maddəsi onun yurisdiksiyası altında olan şəxslərin həyatını qorumaq üçün dövlətin üzərinə müsbət öhdəlik qoyur - “Bu maddə təkcə dövlət tərəfindən müəyyən bir hərəkət və ya hərəkətsizliyin ölümlə nəticələnməsini yox, həmçinin şikayətçinin sağ qalmasına baxmayaraq, onun həyatın açıq şəkildə təhlükə altında olduğu halları da əhatə edir”.
2004-cü ildə Avropa İnsan Haqları Məhkəməsi “Öneryıldız Türkiyəyə qarşı” işi üzrə qərar çıxarıb. Maşallah Öneryıldız 12 yaxın qohumu ilə 28 aprel 1993-cü ildə metan partlaması nəticəsində torpaq sürüşməsinə səbəb olan İstanbulun gecəqondularında bələdiyyə zibilxanasının yaxınlığında yaşayırdı. 10 ev dağılıb, 39 nəfər həlak olub. İki Türkiyə vətəndaşı Strasburq Məhkəməsində Konvensiyanın 2, 8 və 13-cü maddələrinin pozulması ilə bağlı iddia qaldırıb. Zərərçəkənlər yaxın qohumlarının ölümündə və əmlaklarının dağılmasında Türkiyə hakimiyyətini günahlandırıblar.
Məhkəmənin qiymətləndirməsinə əsasən, aidiyyəti dövlət qurumları nəinki gözlənilən risklərin qarşısının alınması üçün hər hansı real səy göstərməkdən boyun qaçırmayıb, həm də sakinlərin zibilxana ərazisində yaşamasına mane olmayıb və onlara risklər barədə məlumat verməyib.
Türkiyə hökuməti qşınılmaz təhlükə barədə məlumat olmadığı üçün zibilxanada ehtiyat tədbirləri görmək öhdəliyi olmadığını iddia edib. Məhkəmənin izahatına görə, yaşamaq hüququnun müdafiəsi dövlətin təhdidlərin effektiv qarşısının alınmasını təmin edən qanunvericilik və inzibati baza yaratmaq vəzifəsini nəzərdə tutur.
Qabaqlayıcı tədbirlər sırasında əhalinin məlumatlandırılmasına xüsusi diqqət yetirilməlidir.
Strasburqun qiymətləndirməsinə görə, ölkənin daxili məhkəmə sistemi müəyyən səmərəlilik standartlarına cavab verən və qurbanlar olduqda cinayət cəzalarının tətbiqini təmin edə bilən müstəqil və qərəzsiz rəsmi istintaq prosedurunu təmin etməlidir.
Məhkəmə yekdilliklə müəyyən edib ki, iddiaçının doqquza yaxın qohumunun təsadüfi ölümünün qarşısını almaq üçün müvafiq tədbirlər görülmədiyinə görə İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsinin pozulntusu baş verib.
Avqustun 3-də Raçada, Buba dağından gələn palçıq axını Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştirakı dayandırıblar. İndiyədək 29 nəfərin cəsədi tapılıb, itkin düşən 4 nəfərin axtarışı davam etdirilir. Hökumət rəsmiləri faciədən qaçmağın mümkün olmadığını iddia edirlər ki, müstəqil mütəxəssislər də bununla razılaşmır. 2017 və 2020-ci illərdə istirahət ərazisindəki Buba dağında sürüşmələrin baş verməsinə və infrastruktura ziyan vurmasına baxmayaraq, hökumət yenə də vadini nəzarətə götürməyib və erkən xəbərdarlıq sistemləri quraşdırmayıb.