“Mən etimadlarına görə bütün siyasi komandamıza təşəkkür etmək istərdim. Mən partiyamızın qurucusu və fəxri sədri cənab Bidzina İvanişvilinin dövlətimiz üçün davamlı sülhün qorunmasında, milli maraqların təşviqində, ölkəmizin demokratikləşməsində və faktiki olaraq Avropaya doğru transformasiyada rolunu xüsusilə vurğulamaq istərdim”, - müdafiə naziri vəzifəsinə namizəd İrakli Çikovani parlamentdə hökumətə etimadın bəyan edilməsi məsələsinin müzakirə edildiyi zaman çıxışı edərkən bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Çikovani baş nazirliyə namizəd İrakli Kobaxidzeni və hökumətin istefada olan rəhbəri İrakli Ğaribaşvilini də xatırladıb.
“Baş nazirliyə namizəd cənab İrakli Kobaxidzenin etimad göstərməsi böyük şərəfdir. Onun vətənə sədaqəti, əməyə vicdanlı münasibəti, yorulmadan işləmək bacarığı təkcə mənim üçün deyil, ölkəmizin hər bir vətənpərvərinə örnəkdir. Parlament tərəfindən etimad bəyan edildikdən sonra mən də tərkibə qoşuluram; Baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə dövlətimizə çoxlu uğurlar qazandıran silahdaşlara, dostlara qoşuluram. Mən ona əldə etdiyi mühüm nəticələrə, ölkə üçün ən çətin dövrdə müdrik və güclü rəhbərliyinə görə təşəkkür edirəm. Təbii ki, ona yeni vəzifəsində uğurlar arzu edirəm”, - Çikovani bildirib.
Bu gün parlament komitələrində Gürcüstan hökumətinə etimad bıyan edilməsinin müzakirəsi başlayıb. Proses fevralın 8-də, plenar iclasda yekunlaşacaq.
İrakli Kobaxidzenin təqdim etdiyi Nazirlər Kabinetindən yalnız biri, müdafiə naziri dəyişir - İrakli Çikovani Cuanşer Burçuladzeni əvəz edəcək. Kobaxidzenin sözlərinə görə, baş nazir vəzifəsinə namizəd kimi irəli sürüldükdən sonra o, bütün nazirlərə qalmağı təklif etsə də, Burçuladze vəzifəsindən getmək istəyib. Burçuladze öz növbəsində bildirib ki, Kobaxidzedən Gürcüstanın NATO-dakı səfiri postuna baxmaq təklifi alıb. “Bu, dörd aydan sonra baş tutacaq. Düşünməyə vaxtım olsa da, yəqin ki, bu vəzifəni qəbul edəcəm”, - Burçuladze fevralın 1-də bildirib.
2007-2009-cu illərdə İrakli Çikovani Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasanianın müavini, 2009-cu ildən isə Alasanianın qurduğu “Azad Demokratlar” partiyasının baş katibi olub. 2012-ci ildə parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsindən sonra Gürcüstanın 8-ci çağırış parlamentinin deputatı və parlament çoxluğunda “Azad Demokratlar” fraksiyasının sədri olub. 2014-cü ildə İrakli Alasania müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb və “Azad Demokratlar” müxalifətə keçib. İrakli Çikovani 2018-ci ildə o vaxtkı baş nazir Qiorqi Qaxarianın əvvəlcə strateji kommunikasiyalar, sonra isə xarici əlaqələr üzrə müşaviri kimi hakimiyyətə qayıdıb. 2020-ci il parlament seçkilərində Çikovani “Gürcü Arzusu”ndan Zuqdidinin majoritar deputatı seçilib. Müdafiə naziri vəzifəsini tutduqdan sonra İrakli Çikovaninin parlament üzvü kimi səlahiyyətlərinə xitam veriləcək.