Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometrliyində, yolun yaxınlığında sürüşmənin inkişafı təhlükəsi ilə əlaqədar Rikoti hissəsində (Axalsofeli yol qovşağı-Zestafoni) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Rikoti əvəzinə yüngül avtomobillərin hərəkəti bir neçə kilometr tıxacın olduğu Qomi-Saçxere-Çiatura yolunda həyata keçirilir. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yol idarəsinin sədri Qiorqi Çeretelinin sözlərinə görə, mütəxəssislər sürüşmə sahəsini müşahidə edirlər və yolun açılmasına onların tövsiyələrinə əsasən qərar veriləcək.
Məhdudiyyətlər Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində də tətbiq olunur. Burada qar səbəbindən qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Artıq bir neçə saatdır ki, yüngül avtomobillərin hərəkəti bərpa olunub.
Koda-Fartsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun Paravani aşırımında, Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun Kala-Uşquli hissəsində (yalnız yüngül avtomobillər üçün), Kutaisi (Modzameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun Nakerala aşırımında bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Aprelin 2-dək Gürcüstanda hava şəraitinin kəskin şəkildə pisləşəcəyi gözlənilir. Havanın temperaturu əhəmiyyətli dərəcədə aşağı düşəcək. Martın 31-i və aprelin 1-i gecə saatlarında düzənliklərdə və vadilərdə şaxta gözlənilir. Sinoptiklər havanın martın 30-dan aprelin 1-dək yağıntılı olacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağını proqnozlaşdırırlar. Bəzi rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.