Svaneti meşəsində itmiş hesab edilən Qoqita Parciani və Qiorqi Qviçiani Lentexidə peyda olublar

Son 5 gündür itkin düşmüş hesab edilən Mestia Bələdiyyəsinin Latali kənd sakinləri Qoqita Parciani və Qiorqi Qviçiani sağdır. Onlar Lentexidədirlər.

“Biz yolumuzu azmamışdıq. Çox asanlıqla dağdan aşağı enəcəkdik, lakin orada, təxminən 200 metr aralıda ayı ilə qarşılaşdıq. Bundan sonra meşə ilə gəldik və beş gün yeridik. İkimizin də telefonu söndü. Gecəni çadırda keçirdik”, – Qoqita Parciani “Mtavari Arxi”yə müsahibəsində deyib.

Gənclər bazar günü, iyulun 21-də Zemo Svanetidən Lentexi istiqamətində Kvemo Svanetiyə gedirmişlər. Onlar Lasili aşırımını  piyada marşrutu ilə keçirmişlər. Yaxınlarının sözlərinə görə, Qoqita Parciani və Qiorqi Qviçiani sonuncu dəfə bazar ertəsi, iyulun 22-də peyda olublar və göndərdikləri mesajlarda yolu azdıqlarını bildiriblər.

Mestia və Lentexi ərazisində itkin düşənlərin axtarışı iki gündür davam edirdi. Bu gün xilasetmə əməliyyatına helikopter də cəlb olunub. Lakin gənclər meşədən özləri çıxa biliblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur