Mestia bələdiyyəsinin Latali kənd sakini Qoqita Parciani və Qiorqi Qviçiani 5 gündür itkin düşüblər. Onlar yolu, yəqin ki, İpari-Lentexi piyada yolunda azıblar. Axtarışlarda xilasedicilər və könüllülər iştirak edir. Mestia şəhərinin meri Kapiton Corcolianinin sözlərinə görə, buludluluq səbəbindən helikopterdən istifadə etmək mümkün deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gənclər təlimdə iştirak etməli olduqları Lentexiyə İparidən piyada gediblər. Yolu qət etmək təxminən 13 saat çəkir. Yaxınlarının sözlərinə görə, onları sonuncu dəfə bazar ertəsi, iyulun 22-də görüblər - göndərdikləri mesajlarda isə yolu azdıqlarını bildiriblər.
İtkin düşənlərin qohumları və yaxınları sosial şəbəkələrdə dövlətin gördüyü tədbirlərin effektli olmadığını yazır. Onlar helikopter istəyirlər.
“5 gündür ki, bürokratiya və sənədləşmə arqumentləri ilə helikopter qaldırıla bilinməyib. Duman və buluddur var deyirlər. Svanetinin səması bütün günü aydın idi. Deyək ki, helikopter qalxa bilmir, dronların havaya qalxmasına nə mane olur? Əgər kifayət qədər avadanlıq və ya insan resurslarınız yoxdursa, sadəcə kömək istəyə bilmirsiniz? Onlarla könüllü dronlarla peyda olacaq. Gün batdıqdan sonra bir neçə termal kameranın işə salınması elementar bir tədbirdir! İnsanların həyatına belə münasibət bəsləmək ayıbdır, insanlar itdikdə saniyələr belə həlledicidir”, - Mestia Şəhər Şurasının üzvü Vika Filfan yazıb.
Kapiton Corcoliani deyir ki, gənclərin itkin düşməsi barədə dünən xəbər tutublar və axtarışlara dünən başlayıblar. Onun sözlərinə görə, Zemo Svanetidən fərqli olaraq, Kvemo Svanetidə dəyişkən buludluluq və duman var, bu səbəbdən helikopter uça bilmir.
“Bizim planımız bu ərazini yaxşı bilən ovçuları səfərbər etmək və onları axtarışa cəlb etməkdir”, - Corcoliani bizə bildirib.
Daha sonra fövqəladə halların idarə olunması xidməti də məlumat yayıb və bildirilir ki, axtarış-xilasetmə işlərinə xüsusi vəziyyətə cavabdeh, Tbilisi, İmereti və Mestia dağ-xilasetmə qüvvələri və xilasedici pilotsuz uçuş aparatları cəlb olunub.
“Meteoroloji şəraitə görə indiki mərhələdə sərhəd polisi helikopterini xilasetmə əməliyyatına cəlb etmək mümkün deyil. Daxili İşlər Nazirliyinin bütün aidiyyəti bölmələri yanğınsöndürmə və xilasetmə qüvvələri ilə birgə axtarış işlərinə cəlb olunub”, - deyə qurum bildirir və qeyd edir ki, hadisə ilə bağlı 112-yə dünən, iyulun 24-də məlumat daxil olub.
Bu il Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə iki Avropa tipli H 145 helikopteri əlavə edilib. Almaniyadakı “Airbus Helicopters” zavodunn helikopterləri təhvil aldıqdan sonra Daxili İşlər Nazirliyi H 145-in hündürlükdə işləmək qabiliyyəti ilə seçildiyini və dağ-xilasetmə avadanlığı ilə tam təchiz olunduğunu bildirib.