Svanetidə Sərhəd Polisi əməkdaşlarının iştirakı ilə növbəti qətl

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Mestia şöbəsinin əməkdaşı, 29 yaşlı Giorgi Pakeliani yanvarın 1-nə keçən gecə Mestia bələdiyyəsinin Etseri kəndində həmkəndliləri arasında münaqişə nəticəsində qətlə yetirilib. Həmçinin 33 yaşlı Quram Afrasidze də öldürülüb. Giorgi Pakelianinin qardaşı, 24 yaşlı Roland Pakeliani yaralanıb. Qarşıdurma zamanı öldürülən Quram Afrasidzenin anası Zemfira Afrasidze yaralanıb, o, komadadır və Kutaisi klinikasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri - Sərhəd Polisinin Mestia bölməsinin əməkdaşı olan 23 yaşlı Giorgi Tsindelianini həbs ediblər. O, Quram Afrasidzeni qəsdən öldürməkdə ittiham olunur. Həbs edilən ikinci şəxs öldürülən Quram Afrasidzenin atası, 70 yaşlı Roland Afrasidzedir. Prokurorluq onu Giorgi Pakelianini qəsdən öldürməkdə və qardaşı Roland Pakelianinin sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə ittiham edir.

Prokurorluğun məlumatına görə, Etseri kəndində sərhəd polisinin əməkdaşları Giorgi Tsindelian və Giorgi Pakelian ata və oğul Roland və Quram Afrasidze ilə fiziki qarşıdurmaları keçmişdə yaranan fikir ixtilafına görə olub.

İttihama görə, münaqişə zamanı Giorgi Tsindeliani yanında olan odlu silahdan Quram Afrasidzeyə bir neçə dəfə atəş açıb və o, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Eyni zamanda, Roland Afrasidze yanında olan odlu silahdan Giorgi Pakeliani və qardaşı Roland Pakelianiyə bir neçə dəfə atəş açıb, nəticədə Giorgi Pakeliani yerindəcə keçinib, Roland Pakeliani isə ağır xəsarətlər alıb.

Zuqdidi Rayon Məhkəməsinin qərarı ilə hər iki saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hakimin ona özünü təqsirli bilib-bilməməsi ilə bağlı sualına Roland Afrasidze deyib ki, o, heç bir şey etməyib. Onun vəkili Revaz Mikaia deyir ki, Roland Afrasidzenin yanında odlu silah olmayıb.

“Müvəkkilimin izah etdiyi kimi, oğlunu döyüblər və sağlamlığına ziyan vurublar. Bir müddət sonra, təxminən iki saat sonra Pakelianinin ailə üzvləri onun iqamətgahının darvazasına gələrək gülləbaran edib, lənətləyiblər, söyüblər və bu münaqişə də bundan yaranıb. Bu dəlillər Roland Afrasidzenin ya qəsdən adam öldürməsi, ya da kiminsə bədəninə ağır xəsarət yetirməsi faktını sübut etmir”,- bildirib vəkil.

İkinci təqsirləndirilən şəxsin vəkili Soso Janaşiyanın sözlərinə görə, Giorgi Tsindeliani təsadüfən bu qarşıdurmanın şahidi olub. 

“Məlum olur ki, əvvəllər Pakeliani və Afrasidze ailələri arasında müəyyən ixtilaf və mübahisələr olub. Tsindelian həmin gün bu qarşıdurmanın tamamilə təsadüfən şahidi olub və onun funksiyası dava iştirakçılarını ayırmaq etmək olub. O, Afrasidzeləri heç tanımırdı və təbii ki, onlarla heç bir qarşıdurma da olmayacaqdı. O, silaha toxunmadı. Tsindelyanın həbsinə əsas Afrasidze ailəsindən olan şahidin ifadəsi olub”.

Keçmişdə baş vermiş Afrasidzelərlə Pakelianlar arasında ixtilafa gəlincə - Etseri sakinlərinin dediyinə görə, Quram Afrasidze Giorgi və Roland Pakelianinin bacısı ilə evlənmək istəyib, lakin ona rədd cavabı verilib. Münaqişənin dərinləşməsinin qarşısını almaq üçün Pakeliani ailəsinin üzvləri Giorgi və onun bacısı müvəqqəti olaraq Svaneti tərk edərək Kaxetiyaya köçüblər və Giorginin bacısı burada evlənib. Bir neçə il əvvəl Svanetidən qızına baş çəkməyə gələn ata kürəkəninin qohumunun açdığı gülləyə tuş gələrək vəfat edib. Bundan sonra Pakeliani bacı-qardaşları Svanetiyə qayıdıblar.

 Yerli əhalinin dediyinə görə, Giorgi Pakeliani yanvarın 1-də Sərhəd Polisinin N5 sektorunun yerləşdiyi Nakradan Etseriyə evə qayıdırmış. O, həmkarı Giorgi Tsindeliani ilə şəxsi avtomobili ilə gedirdi. Onlar Afrasidzenin qohumunun Etseridəki evində dayanıb orada yeni ili qeyd edirdilər. Orada olarkən Giorgi Pakeliani ilə Quram Afrasidze arasında qarşıdurma baş verib, onları aralayıblar. Elə həmin gecə, bir müddət sonra Quram Afrasidze və Giorgi Pakeliani yenidən görüşüb və qətl baş verib.

“Onun oğlu [Quram Afrasidze] qızıma qarşı obsessiyalı idi. Orada-burada problem idi o. Elə oradan törəyib hər şey. illərdir dəvam edir. Qızı buradan köçürdük ki, qardaşları xəbər tutmasın - mənim üç oğlum var. Buradan uzaqlaşdırdıq. Sonra qardaşları da bildilər. Mən gələndə xəsarət alan kiçik oğlum Giorgi təcili yardım istəyirdi”. - öldürülən Giorgi Pakelianinin anası xatırlayır.

Yerli əhalinin dediyinə görə, Afrasidze və Pakelianinin ailələri bir-biri ilə qohumdur. 

Roland Afrasidze və Giorgi Tsindelianı təqsirli bilinərlərsə, onları 10 ildən 15 ilə qədər həbs gözləyir. Məhkəməyə hazırlıq iclası fevralın 27-də keçiriləcək.

Bu, son vaxtlar Svanetidə Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşlarının iştirakı ilə baş verən ilk qətl hadisəsi deyil.

20 aprel 2020-ci il tarixində Mulaki sərhəd polisinin N2 sektorunun sərhəd gözətçisi Besik Naveriani, qarşılıqlı mübahisə zəminində eyni sektorun əməkdaşı 36 yaşlı Besik İoselianini güllələyərək öldürüb. Onların hər ikisi xidmətdə idi və odlu silahları vardı. İoseliani sərxoş idi. Qətldən sonra Naverian hadisə yerindən qaçıb. Təqsirləndirilən şəxs qətldən bir neçə gün sonra polisə təslim olub. Öldürülən şəxs və cinayəti törədən şəxs dost və qohum olub.

2015-ci ilin 13 mart tarixində Sərhəd Polisinin Mestia şöbəsinin əməliyyatçısı Kaxa Margiani keçmiş rəis Giorgi Ratianini öldürüb. Prokurorluğun məlumatına görə, Giorgi Ratiani və Zaza Caparidze Kaxa Margianinin iqamətgahında qonaq olublar. Margiani qonaqlarla mübahisə edib və tezliklə dava düşüb. Davadan sonra Kaxa Margiani, Giorgi Ratiani və Zaza Caparidze bir-birindən aralanıblar. Bir neçə dəqiqədən sonra Kaxa Margiani odlu silahla silahlanıb və “Tamar Mepe” küçəsi ilə gedən Giorgi Ratiani və Zaza Caparidze istiqamətində atəş açıb. Giorgi Ratiani aldığı yaralardan yerindəcə keçinib, Zaza Caparidze kürəyindən yaralanıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur