Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi üzrə dövlət qəyyumu Parmen Marqvelidzenin məlumatına görə, hazırda Şovidə təbii fəlakət zonasında tapılan 26 cəsəddən 23-nün şəxsiyyəti müəyyən edilib, 7 nəfər hələ də itkin düşmüş hesab olunur. Həlak olan və itkin düşənlər arasında uşaqlar da var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İtkin düşmüş 33 vətəndaşdan indiyədək 26-nın cəsədi tapılıb. İtkin düşmüş 7 vətəndaşın axtarışları davam edir. Həlak olanların 23-ünün şəxsiyyəti müəyyən edilib. Vətəndaşların tapılması üçün cüzi nəzəri şans yaranana qədər axtarışlar davam etdiriləcək. Şovi kurortunun ərazisində bir neçə fraqment qalıb, onlar yaxın bir neçə gündə işləniləcək”, - Parmen Marqvelidze bildirib.
Avqustun 3-də Raçada Buba dağından gələn palçıq uçqunu Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştirakı dayandırıb. Avqustun 3-4-də təbii fəlakət zonasından 210 nəfər təxliyə edilib.
Fövqəladə Halların İdarə Olunması Xidmətinin tabe olduğu daxili işlər naziri Şoviyə fəlakətin 11-ci günü, avqustun 13-də gəlib. O, jurnalistlərə açıqlamasında nazirliyin gecə uçuş imkanlarının olduğunu və helikopterlərin uça biləcəyini, lakin “həmin anda insan həyatı üçün real təhlükə yoxdursa, pilotların nəyisə riskə atması məqsədəuyğun deyil, yolverilməzdir” deyib.
Daxili İşlər Nazirliyi təbii fəlakətlə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə (mədən, tikinti və ya digər işlərin görülməsi zamanı ehtiyatsızlıqdan insan təlafatı və təhlükəsizlik qaydalarını pozma) araşdırmalara başlayıb. Bundan əlavə, baş nazir İrakli Ğaribaşvili və hökumətin digər nümayəndələri fəlakətin dəf edilməsinin mümkün olmadığını bildirirlər, hərçənd bununla müstəqil mütəxəssislər razılaşmır.