Təcili yardım mərkəzinin 3 keçmiş əməkdaşı rüşvət almaqda ittiham olunaraq həbs edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2020-2023-cü illərdə yarım milyon lari rüşvət almaqda ittiham edilərək Səhiyyə Nazirliyinin Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin 3 əməkdaşı həbs edilib. Rüşvətxorluqda ittiham olunanlar “Vian” xəstəxana şəbəkəsinin nümayəndələridir.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin hospitalizasiya növbəsinin rəis müavini - T. M. və xəstəxanaya yerləşdirmə menecerləri - N. K. və R. T., vəzifədə olduqları müddətdə “Vian” səhmdar cəmiyyətinin nümayəndələri N.J və M. X ilə korrupsiya sövdələşməsinə daxil olublar.

İş materiallarına görə, mərkəzin əməkdaşları külli miqdarda pul kompensasiyası müqabilində xəstələrin elektron xəstə idarəetmə proqramında süni müdaxilə ilə təcili xəstəxanaya yerləşdirilməsini ən yaxın tibb müəssisəsində deyil, “Vian” səhmdar cəmiyyətinin tabeliyində olan klinikalarda həyata keçiriblər. 

“Cinayət sxemindən istifadə edərək, 2020-ci il yanvarın 1-dən 2023-cü il iyulun 31-dək olan müddətdə N. K, R. T və T. M klinikalardan rüşvət kimi ümumilikdə 532 126 lari alıblar. Digər tərəfdən, klinikaların nümayəndəsi N. J vəzifəli şəxslərə rüşvət verərək xəstələri cəlb etdiyinə görə bonus olaraq 149 010 lari, M. X isə 76 771 lari alıb”, - Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

DTX-nın Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət məcəlləsinin 338 və 339-cu maddələri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alma və qanunsuz əməl törətmək üçün rüşvət vermə maddəsi ilə istintaq aparılır.

Rüşvətxorluqda təqsirləndirilən şəxslər təqsirli bilinərlərsə, onları 11 ildən 15 ilədək həbs cəzası gözləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur