Erqnetidə insidentlərin qarşısının alınması və cavab tədbirləri mexanizmi barədə iclasda Arçil Tatunaşvilinin qətli işi üzrə mühakimə olunan Davit Qurtsiyevin işğal olunmuş Axalqorinin prokuroru vəzifəsinə təyin olunmasının mümkünlüyü məsələsi də müzakirə olunub. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin analitik departamentinin direktor müavini İrakli Antadze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qeyd olunub ki, bu şəxs İnterpol tərəfindən axtarışda olan və Mərkəzi Hökumətin nəzarətində olan ərazidə məhkum edilmiş və təhlükəsizlik mühiti üçün ciddi risk təşkil edən cinayətkardır. Ümid edirik ki, onlar anlayış nümayiş etdirəcəklər və yerli əhalinin təhlükəsizliyi üçün heç bir təhlükə yaranmayacaq”, - Antadze jurnalistlərə deyib.
Onun sözlərinə görə, işğal olunmuş Tsxinvali rejiminin nümayəndələri Qurtsiyevin təyinatı ilə bağlı “əlavə təfərrüatları bölüşməkdən çəkiniblər”.
Axalqoridə yaşayan mülki fəal Tamar Mearakişvili Qurtsiyevin prokuror təyin olunmasının əleyhinədir. O, etiraz əlaməti olaraq aclıq aksiyası da elan edib.
“Qurtsiyev ailəmizə qarşı terror təşkil edən şəxsdir. Gecə saat 12-də məni prokurorluğa çağırıb psixoloji təzyiq göstərirdi. Məni tamamilə günahsız olduğum halda qanunsuz yerə həbs etdi”, - deyə sənədləri yeddi ildir ki müsadirə olunmuş və işğal olunmuş bölgəni tərk edə bilməyən Mearakişvili deyir.
2020-ci ilin dekabrında Mtsxeta rayon məhkəməsi Davit Qurtsiyevi Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin qətlində qiyabi olaraq təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. Qurtsiyev Axalqorinin qondarma prokurorluğunun əməkdaşı olub. Onunla bərabər Alik Taboev də mühakimə olunub.
İş materiallarına görə, 2018-ci ilin fevralın 22-də Axalqori rayonunun Mosabrun kəndi yaxınlığında işğal altında olan Axalqorinin qondarma prokuror köməkçisi Davit Qurtsiyev, işğal altında olan Axalqorinin qondarma “KQB” xidmət şöbəsinin rəisi Alik Taboev və işğal olunmuş Tsxinvali regionunun qondarma hüquq-mühafizə orqanının digər əməkdaşları Arçil Tatunaşvili və onunla birlikdə olan şəxslərin azadlığını qrup halında qanunsuz olaraq məhdudlaşdırıblar. Arçil Tatunaşvili Axalqori rayonunun qondarma Təhlükısizlik Xidməti binasına aparılıb. O, işgəncə məqsədilə işğal altındakı Tsxinvali regionunun qondarma hüquq-mühafizə orqanının silahlı əməkdaşlarına təhvil verilib və onlar onu Tsxinvaliyə aparıblar. Gürcüstan Prokurorluğunun məlumatına görə, Arçil Tatunaşvili 2008-ci ilin avqust müharibəsində iştirak etdiyinə görə işgəncələrə məruz qalıb və onun bədəninə 100-dən çox müxtəlif növ xəsarət yetirilib. Arçil Tatunaşvili aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Qurtsiyev və Taboev işgəncələrə kömək etməkdə və qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli biliniblər. Onlar Gürcüstan hakimiyyəti tərəfindən İnterpolun qırmızı siyahısı ilə axtarışa verilib.