"Təkcə hava nəqliyyatını deyil, həm də diplomatik münasibətləri bərpa etmək lazımdır",- Qavrilov

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Dövlət Dumasının deputatı, “Kommunist Partiyası”nın üzvü Sergey Qavrilov deyib ki, “Gürcüstanın Ukrayna məsələsində müstəqil mövqeyini və Rusiyaya qarşı sanksiyalar müharibəsinə münasibətini nəzərə alaraq, təkcə hava nəqliyatını deyil, həm də tamhüquqlu diplomatik münasibətləri bərpa etmək lazımdır”.

"Səfirliklərin və konsulluq xidmətlərinin olması təmasların və Gürcüstandakı vətəndaşlarımıza yardım imkanlarının genişlənməsinə töhfə verəcək",- Qavrilov Rusiya mətbuatına müsahibəsində deyib.

Qavrilovun dediyinə görə, münasibətlərin bərpası yük dövriyyəsinin artmasına və turizmin inkişafına töhfə verəcək: "Rusiya ilə Gürcüstan arasında transferlər həyata keçirəcək, o cümlədən dost ölkələrdən olan aviaşirkətlərin sayı artmalıdır".

 Gürcüstanla birbaşa hava əlaqəsinin bərpasına ümid bəslədiyini Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov 18 yanvar tarixində deyib. Onun sözlərinə görə, ötən il Gürcüstanın ümumi daxili məhsulu əsasən Rusiya Federasiyası ilə turizm və ticarət əlaqələrinin sayəsində 10 % artıb. Bundan başqa, Lavrov Gürcüstan hakimiyyətinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaması ilə bağlı “cəsarətini” yüksək qiymətləndirib. 

Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze hesab edir ki, uçuşların bərpası Gürcüstan vətəndaşları üçün vacib olacaq. 

“Rusiya Federasiyasında vətəndaşlarımız, etnik gürcülər, azərbaycanlılar, ermənilər, bir milyona qədər insan yaşayır və 2019-cu ildə qəbul edilən qərar onların vəziyyətini çox çətinləşdirmişdi. Uçuşlar bərpa olunarsa, təbii ki, bu, həmvətənlərimiz üçün vacibdir və bu, yalnız müsbət qarşılanacaq. Vətəndaşlarımızın ağır vəziyyətinin yüngülləşdirilməsinə gəlincə, istənilən belə qərar bizim tərəfimizdən alqışlanasıdır",- Kobaxidze bildirib.

Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar Rusiya Dumasının deputatı Sergey Qavrilovun səfəri ilə əlaqədar Tbilisidə keçirilən etiraz aksiyalarına görə Rusiya hakimiyyətinin qərarı ilə dayandırılıb.

Gürcüstan 2008-ci il sentyabrın 2-də Rusiyanın hərbi təcavüzü nəticəsində və Gürcüstanın işğal olunmuş rayonlarının qondarma müstəqilliyini tanıdıqdan sonra Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur