Marneuli bələdiyyəsinin Daştəpə kəndində 20 və 21 yaşlı üç gənc oğlan polislərə hücum etmək ittihamı ilə saxlanılıb. Saxlanılmadan əvvəl patrul polisi Marneuli-Sadaxlı yolunda hərəkətdə olan “Opel” markalı avtomobili idarə edən gəncləri təqib edib və “Opel” körpüdən aşaraq çevrilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gənclərin saxlanılması zamanı Daştəpə kənd sakinləri Daxili İşlər Nazirliyinin əməkdaşlarına müqavimət göstərərək, polis maşınına daş atıblar. Onlar hadisədə polisləri günahlandırırlar:
“Bizim tələbimiz ondan ibarətdir ki, onlar kəndə sayrışan işıqlar olmadan daxil olmasınlar. Hər gün belə olur. Burada uşaq meydançası var. İnsanlar məscidin qabağında namaz ibadət etməyə çıxır, 30-40 nəfər yığışır. Kimsə həlak olsa nə olacaqdı?”;
“Bu, polisin günahıdır. Yolda videokamera varsa, baxsınlar, görsünlər. Polis maşınının şüşəsini sındırmaq azdır, benzin töküb yandırmalıyıq”.
Gənclər gizlənməyə nail olublar. Onların tutulması üçün əməliyyat-axtarış tədbirləri gecə boyu davam edib.
Nazirliyin məlumatına görə, 2003-cü il təvəllüdlü A.B., həmin il təvəllüdlü Q.O. və 2002-ci il təvəllüdlü E.K. polisə hücum etməkdə ittiham edilərək saxlanılıb. “İstintaq zamanı müəyyən edilib ki, sərxoş vəziyyətdə olan A.B. Marneuli-Sadaxlı yolu hissəsində avtomobili idarə edərkən qəza vəziyyəti yaradıb, bundan sonra patrul polisi əməkdaşları onu maşını saxlamağa çağırıblar. Sürücü hüquq-mühafizə orqanlarının əməkdaşlarının çağırışına məhəl qoymayıb, kəndlərdən biri istiqamətində yolu davam etdirsə də, hərəkətin təhlükəsizliyini təmin edə bilməyib və aşıb.
A.B. və onunla birlikdə avtomobildə olan şəxslər Q.O və E.K hüquq-mühafizə orqanlarının əməkdaşlarını şifahi və fiziki təhqir edərək, Daxili İşlər Nazirliyinin balansında olan avtomobilə ziyan vurublar.
Hadisə zamanı yerli əhalinin bir hissəsi hadisə yerinə toplaşaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisədə iştirak edən şəxslərin tutulmasına mane olub və onlar hadisə yerindən gizlənə biliblər. Həyata keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən sürücü və onun iki sərnişini tezliklə polis əməkdaşları tərəfindən yaxalanıblar”, - deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
İstintaq Cinayət Məcəlləsinin 353-cü, yəni polis əməkdaşına hücum etmə maddəsi ilə aparılır. İttiham sübuta yetirlərsə, saxlanılan şəxsləri 4 ildən 7 ilə qədər həbs gözləyir.