Tərəfdaşlığımızı gücləndirmək üçün yaxın gələcəkdə Gürcüstana səfər edəcəyəm - Stoltenberq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Gürcüstana səfər edəcək. O, bu barədə bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Stoltenberqin sözlərinə görə, Gürcüstan “NATO”nun dəyərli tərəfdaşıdır.

“Mən bir neçə dəfə Gürcüstanda olmuşam, tərəfdaşlığımızın gələcəkdə möhkəmlənməsi üçün yaxın vaxtlarda bu ölkəyə yenidən səfər edəcəyəm. Mənim Gürcüstana mesajım, əlbəttə ki, islahatlar vacibliyi bararədədir. “NATO” demokratiya və qanunun aliliyi dəyərlərinə əsaslanır. Təbii ki, Gürcüstanın Avroatlantik inteqrasiya yolunda bu standartlara əməl etməsi vacibdir”, - Yens Stoltenberq bildirib.

Alyansın baş katibi sonuncu dəfə 2019-cu ilin martında Gürcüstanda olub. O, “NATO”-Gürcüstan birgə təliminin gedişatı ilə tanış olub. Yens Stoltenberq Gürcüstanın baş naziri, prezident, parlament sədri və deputatlar ilə görüşüb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur