“Prezidentimiz üçün hərəkət etmək çətin deyil ki, özü gələ bilsin, lakin bunu məqsədəuyğun saymayıb. Yəqin ki, siz mövqeyinizi bildirdikdə, prezident çıxıb deməyəcək ki, “bu, vəkillərin mövqeyidir, mən nə bilim, mən hüquqşünas deyiləm, belə izahat veriblər, mən belə düşünmürəm”. Mən təəccübləndim ki, prezidentin parlament katibi zalda oturub, bir qayda olaraq, daxili mətbəxi yaxşı bilir və o, sizinlə bərabər təmsil olunmur”, - Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Merab Turava prezidentin impiçmenti məsələsinə baxılarkən bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Konstitusiya Məhkəməsində iclas oktyabrın 3-ü saat 12:00-da açılıb. Prezidentin nümayəndələri “Gürcü Arzusu”ndan parlamentin keçmiş üzvü Tamar Çuqoşvili və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Maia Kopaleişvilidir.
İşin əsas hissəsinə baxılmazdan əvvəl, hakim Turava prezidentin niyə iclasda iştirak etmədiyini soruşmazdan əvvəl “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze bildirib ki, “Prezidentin iclasa gəlməməsi Konstitusiyaya Məhkəməsinə hörmətsizlikdir”.
“O, konstitusiyaya zidd səfərlər üçün vaxt tapır, lakin konstitusiya məhkəməsinə gəlmək üçün vaxt tapa bilmir, bu, təbii ki, çox təəsüfləndiricidir”, - Kobaxidze qeyd edib.
“Prezidentin nümayəndəsi ola bilər. Gürcüstan Prezidenti bizə tam etimad göstərdi. Təkcə hüquqi yox, bütün faktiki məsələlərlə bağlı məlumatlıyıq. Təbii ki, biz bunu prezidentin hörmətsizlik göstərdiyi kimi qəbul etməməliyik”, - deyə prezidentin nümayəndəsi Maia Kopaleişvili izah edib.
Parlament üzvləri İrakli Kobaxidze, Şalva Papuaşvili, Mamuka Mdinaradze və başqaları (ümumilikdə 80 deputat) prezidentin impiçmenti üçün 2023-cü il sentyabrın 12-də Konstitusiya Məhkəməsinə müraciət ediblər. “Gürcü Arzusu” prezidenti konstitusiyanı pozmaqda ittiham edir, çünki hökumətin imtinasına baxmayaraq, Salome Zurabişvili yenə də Avropa liderləri ilə görüşlərə başlayıb. “Mənim istefam barədə xəyalları hamı unutmalıdır, səfərlərimi davam etdirəcəyəm”, - Zurabişvili hakim partiyanın qərarına belə cavab verib.
“Gürcüstan Konstitusiyasının 52-ci maddəsi Gürcüstan prezidentinin xarici əlaqələr sahəsində səlahiyyətlərini təsbit edir. Bu maddədə deyilir ki, prezident yalnız nümayəndəlik səlahiyyətlərini həyata keçirə və hökumət adından danışıqlar apara bilər. Prezident razılıq istədi, lakin almadı, amma yenə də səfər etdi - konstitusiya pozuldu”, - Kobaxidze bildirib. Onun sözlərinə görə, Salome Zurabişvili konstitusiyaya zidd səfərlər etdiyini birbaşa üç fərqli şəkildə etiraf edib:
“O, özü səfər üçün razılıq istədi. O, müvafiq səfərin razılıq tələb etdiyini bilirdi və razılıq ala bilmədikdən sonra, buna baxmayaraq, səfəri həyata keçirdi. Müvafiq səfərin razılıq tələb olunmadığına inansaydı, razılıq almaq üçün hökumətə müraciət etməzdi.
Həmçinin, sonradan səfərlərinin büdcədən maliyyələşmədiyini və şəxsi vəsaitlə xaricə səfər etdiyini bildirdi ki, bu da növbəti etirafdır. Əgər səfər qanuni idisə, niyə büdcədən maliyyələşməyib? Bu, birbaşa etiraf idi ki, səfərlər qeyri-qanuni idi və buna görə də o, büdcəni deyil, öz cib pulunu xərcləməli idi. Əks halda o, büdcə pulunu xərcləsəydi, bu, həm konstitusiya pozuntusu, həm də cinayət əməli olardı, çünki qanunvericiliyə görə, bu, məqsədsiz xərcdir. Söhbət impiçmentdən gedirsə, impiçmentinizi dəstəkləməmək üçün konkret deputatlara arxalana bilərsiniz, amma cinayət törətsəniz, siyasətçilərə arxalana bilməzsiniz. Ona görə də qeyri-qanuni səfərə getdiyinin fərqində idi. Buna görə də büdcəni yox, öz pulunu xərcləyib.
Bir neçə gün əvvəl xanım Salome Zurabişvili Litvanın İctimai Televiziyasına müsahibə verib və orada belə bir bəyanatla çıxış edib: “Mən bu səfəri etmək üçün rəsmi səlahiyyətim yoxdur, lakin mən inancım əsasında hərəkət edirəm və hesab edirəm ki, bunu etməliydim. Bundan başqa tanıma bilmirəm”.
Kobaxidzenin sözlərinə görə, prezident əsaslı şəkildə Gürcüstan Konstitusiyası ilə yaradılmış idarəetmə sisteminə qarşı çıxıb.
“Təqdimat müəllifləri dövlət başçısının ölkə daxilində başqa dövlətlərin başçıları və ya yüksək vəzifəli şəxsləri ilə görüşməsi hallarını konstitusiya pozuntusu kimi qiymətləndirmirlər - 52-ci maddənin tərifinin nəyə görə bu məsələ ilə, prezidentin təyyarəyə minərək xaricə getməsi ilə əlaqəli olduğunu başa düşə bilmirəm”, - deyə prezidentin iclasdakı nümayəndəsi Tamar Çuqoşvili bildirib. Kobaxidze isə belə cavab verib: “Praktika qüsurludur. Bu nöqsan düzəldiləsidir, lakin düzələndən sonra ölkə yeni problemlərlə üzləşəcək. Təsəvvür edin ki, hər dəfə Gürcüstana kimsə gələndə hökumət prezidentin Gürcüstana gələn prezidentlərin heç biri ilə görüşməsinin tərəfdarı olmaya bilər və s. Siyasi nüanslar var, ona görə nöqsanlı praktikanı saxlamaq üçün bir anlıq göz yummaq olar, lakin bu, iddianın məzmunu ilə bağlı deyil, çünki parlament və hökumət konstitusiyanı pozmur”.
“Prezident təbrik məktubu göndərərkən bunun üçün də hökumətdən icazə tələb etməlidir. Biz absurdluq həddinə gedirik. Siz, İrakli Kobaxidze, kimin nə etməli olduğunu müəyyən edə bilməzsiniz. Bunu hamıya aid edə bilməzsiniz. Mən konstitusiya komissiyasının katibiyəm, bu konstitusiyanın həmtəşəbbüskarı, tərəfdarıyam.
Mənim üçün bu konstitusiyanın sui-istifadə edilməməsi, ölkəmizin maraqlarına uyğun şəkildə şərh edilməsi çox vacibdir”, - Çuqoşvili bildirib.
İclasda prezidentin nümayəndəsi Maia Kopaleişvili izah edib ki, təqdimatda qeyd olunan üç görüşü konstitusiya pozuntusu hesab etmək üçün heç bir hüquqi və faktiki arqument yoxdur.
“Prezidentin konstitusiya statusuna diqqət yetirilməlidir. Onun səlahiyyətləri konstitusiya ilə kifayət qədər məhdudlaşdırılsa da, nəzərə almaq lazımdır ki, konstitusiyaya görə o, Gürcüstanın dövlət başçısıdır və təbii olaraq, konstitusiya Gürcüstan prezidentinə dövlət başçısı kimi xarici əlaqələrdə prezidentin hökumətin təsdiqinə ehtiyac duymadığı müəyyən səlahiyyətlər verir. Təqdimatda göstərilən Avropa səfərləri tamamilə fərqli formatda həyata keçirilib”, - Maia Kopaleişvilinin sözlərinə görə, təqdimatın müəllifləri Konstitusiyanın 49-cu maddəsini diqqətdən kənarda qoyublar ki, buna görə prezidentə hökumətin icazəsi tələb olunmadan səlahiyyətlər verilir.
“Prezidentin faktiki hüquqi statusu məhz bu maddə ilə müəyyən edilir. 49-cu maddənin üçüncü bəndi qeyd olunan müddəa çərçivəsində Gürcüstanı hökumətin xüsusi razılığı olmadan müstəqil şəkildə xarici münasibətlərdə təmsil etmə hüququ verir. Konstitusiya Məhkəməsi mütləq Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin və Konstitusiyanın 52-ci maddəsinin 1-ci bəndinin A yarımbəndinin normativ məzmununu ayırmaq zərurəti ilə üzləşəcək”, - Kopaleişvili bildirib.
Konstitusiya Məhkəməsinin plenumu oktyabrın 4-də, saat 11:00-da prezidentin impiçmenti ilə bağlı konstitusiya təqdimatlarına baxılacaq.
Konstitusiya Məhkəməsinin rəyini hazırlamaq üçün bir ay müddət var və qərardan sonra prezidentin vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi lazımdır ki, bu da “Gürcü Arzusu”nda yoxdur. Parlament müxalifəti isə prezidentin impiçment prosedurunun başlanmasını ölkənin Avropaya inteqrasiyasına maneə və təxribat kimi qiymətləndirir və bunu dəstəkləmir.