Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot Tbilisidə, parlament binası önündə keçirilən aksiyada çıxış edib. O, nümayişçiləri təslim olmamağa çağırıb və hakimiyyətə müraciət edərək bildirib ki, “Avropaya qayıtmaq” üçün rus qanununu ləğv etsin.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Maykl Rotun müraciətini olduğu kimi təqdim edirik:
“Tbilisi Avropanın əsl paytaxtıdır və biz hamımız sizinlə fəxr edirik. Sizin mübarizəniz bizim mübarizəmizdir. Bizdən şifahi dəstəkdən daha çoxunu gözləyə bilərsiniz.
Bu gün fəallardan biri və jurnalistlərdən biri bizdən “Gürcü Kabusu”nun seçicilərinə nə deyəcəyimii soruşdu. Mesajım və cavabım çox sadədir: xahiş edirəm, əziz gürcülər, “Gürcü Kabusu”nun seçiciləri, yeni nəslə qulaq asın, övladlarınızı dinləyin, bacı-qardaşlarınızı dinləyin.
Bilirəm ki, ürəyiniz qəzəblə doludur, amma xahiş edirəm, Mişel Obamanın sözlərini demək istəyirəm: “Onlar aşağı düşdükçə, biz yuxarı qalxırıq”.
Bu yalanlara, bu konspirasiya nəzəriyyələrinə inanmayın. Biz radikal deyilik, siz radikal deyilsiniz. Siz sadəcə olaraq Avropadaki ümumi rəyi təmsil edirsiniz, çünki siz Avropanın həqiqətən müdafiə etdiyi şey - demokratiya, azadlıq, müstəqillik, qanunun aliliyi uğrunda mübarizə aparırsınız.
Təəssüf ki, hökumət nümayəndələrinizlə görüşmək imkanımız olmadı. Biz burada təkcə sizə həmrəylik nümayiş etdirmək üçün deyilik. Biz həm də bir-birimizi dinləmək üçün buradayıq və hökumətə və hakim partiyaya mesajımız çox aydındır: bu qanunu dayandırın! Avropaya qayıdın!
Burada biz müxtəlif partiyaları, müxtəlif nəsilləri təmsil edirik, müxtəlif təcrübələrimiz və inanclarımız var, lakin biz hamımız gürcü xalqının dostu və müttəfiqi kimi birləşmişik.
Ona görə də sizdən xahiş etmək istəyirəm: təslim olmayın! Fikirlərinizin gücünə inanın, çünki keçmişdə digər qürurlu avropapərəstlər azadlığa, müstəqilliyə və demokratiyaya inandıqları üçün divarları yıxıb, nifrət və qəzəbi məğlub ediblər. Siz bizim üçün, Avropadakı hər kəs üçün ruhlandırıcı nümunəsiniz. Xahiş edirəm güclü olun və diqqətli olun! Hamınıza təşəkkür edirəm, sizinlə fəxr edirəm”.
Mayın 13-14-də rus qanununun parlamentdə yekun oxunuşu fonunda Almaniya, Çexiya, Polşa, Litva və Finlandiya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Tbilisidə olublar. Parlament sədri və hökumət nümayəndələri onlarla görüşməkdən imtina ediblər. Avropalı həmkarlarını yalnız parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze qəbul edib, o da parlamentdə yox, “Gürcü Arzusu”nun ofisində.
Mayın 14-də rus qanununun təsdiqindən sonra parlament qarşısındakı aksiyaya Maykl Rot, Jiqimantas Pavilyonis, Boqdan Kliç, Pavel Fişer və Sebastyan Tinkinen gəlib və çıxış ediblər. Buna görə də baş nazir İrakli Kobaxidze onları tənqid edib və Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edib. “Parlament binası qarşısında xarici təsirin şəffaflığını görürük, xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar. Lüstrasiyanın miqyasını təsəvvür edin. Təbii ki, kənar şəxslərin kollektiv “milli hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxilə etməyə cəhd etməsi tamamilə qəbuledilməz hadisədir”, - Kobaxidze qeyd edib.