Bələdiyyə hüdudlarında taksi ilə sərnişin daşınması (M1 kateqoriyası) icazəli fəaliyyət növləri sırasına əlavə edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanun layihəsinin izahat vəsiqəsində qeyd olunur ki, müntəzəm ölkədaxili sərnişindaşıma ilə bağlı islahatların qarşı-qarşıya qaldığı çətinliklərdən biri də avtovağzallarda əlverişsiz vəziyyət və bir çox hallarda avtovağzallara məhəl qoymayan nəqliyyat vasitələri, minivenlərlə sərnişin daşıyan qeydiyyatsız şəxslərdir (“xişniklər”).
63 bələdiyyədən 34-də orta hesabla 40, 18 bələdiyyədə orta hesabla 100, 4 bələdiyyədə orta hesabla 200, 7 bələdiyyədə isə 400-dən çox taksi var.
Qanun layihəsinə əsasən, bələdiyyələrdə taksi ilə sərnişindaşımanın təşkili və idarə edilməsini bələdiyyə meri, meriyanın struktur vahidliyi və ya bələdiyyə tərəfindən yaradılmış hüquqi şəxs həyata keçirəcək. Taksi daşımalarına icazə vermək səlahiyyəti bələdiyyə merinə və ya meriyanın struktur vahidliyinə veriləcək.
Gürcüstanın “Avtomobil nəqliyyatı haqqında” qanununa əsasən, icazə ən azı 1 il müddətinə verilir. Bundan əlavə, nümayəndəlik orqanı - Şəhər Şurası icazənin qüvvədə olma müddətlərini müəyyən etmək səlahiyyətinə malik olacaq.
Müvafiq icazə olmadan taksi ilə sərnişinlərin daşınması 200 lari, sərnişinlərin icazə şərtlərinin pozulması ilə daşınmasına görə isə 100 lari cərimə ilə nəticələnəcək.
Daxili İşlər Nazirliyi icazəsiz fəaliyyətə nəzarət edəcək.
Qanun layihəsi qəbul olunarsa, bələdiyyələrə (Tbilisi istisna olmaqla) taksi daşımalarına icazəsi olan kəslər haqqında məlumatların vahid məlumat bazasında əksini tapması üçün 2025-ci ilin iyunun 1-dək vaxt veriləcək və bu bazanın yaradılması, yenilənməsi və işlənməsi qaydaları Gürcüstan hökuməti tərəfindən 2025-ci il yanvarın 1-dək müəyyən ediləcək.
İcazənin bir il müddətinə alınması halında, rüsum 100 lari olacaq. Bu məbləğ bələdiyyənin büdcəsinə daxil ediləcək. İzahat kartına əsasən, bələdiyyənin büdcəsinə icazələrdən əldə edilən gəlirin nominal dəyəri icazə fəaliyyətinin tətbiq olunduğu ilk ildə 488 min lari təşkil edəcək. Bu məbləğ icazə fəaliyyətinin tətbiqinin sonrakı 3 ilində - təqribən 1 952 000 lari, 2025-2033-cü illərdə isə ümumilikdə təxminən 4 392 000 lariyə bərabər olacaq.
Qanun layihəsinin müəllifləri 2025-ci ilə qədər 1 378 598 lari təşkil edən inzibati xərcləri də hesablayıblar. Bundan, məsələn, taksi işıqlarının maliyyələşdirilməsinə 208,8 min lari, bələdiyyə işçilərinin əmək haqqına isə 927,654 lari xərclənəcək.