Taksi sürücüsünü öldürməkdə təqsirləndirilən qardaşlar barəsində həbs-qətimkan tədbiri seçilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rustavi Şəhər Məhkəməsi taksi sürücüsü, 54 yaşlı Şota Lorianın qətlində təqsirləndirilən N.A və A.A qardaşlarını qabaqlayıcı tədbirlərlə həbs cəzasına məhkum edib. Onlar susmaq hüququndan istifadə edirlər. 

Hakim Kristine Kopaliani axtarışda olan üçüncü müttəhim R.P.-nin barəsində də həbs qətimkan tədbiri seçib. Vəkili Şota Qelaşvili onun da öldürülə biləcəyini ehtimal edib.

“Heç kim onun harada olduğunu bilmir. İttiham tərəfi onun o iki nəfərin yanında olduğunu deyir, lakin müdafiə tərəfinə heç bir sübut təqdim edilməyib. Məndə belə bir versiya var ki, istintaq onun üzərində işləməlidir. Ehtimal var və istisna etmirik ki, zərərçəkəni ört-bas etdikləri kimi R.P.-ni də ört bas ediblər”, - Qelaşvili bildirib.

Qətl mayın 20-də Tetritskaro bələdiyyəsinin Marabdi kəndi ərazisində baş verib. İş materiallarına görə, 22 yaşlı N.A., 17 yaşlı A.A və onları müşayiət  edən R.P. taksi ilə Tbilisidən Marneuli istiqamətində hərəkətdə olarkən sözügedən avtomobili ələ keçirmək və maddi fayda əldə etmək  məqsədilə taksi sürücüsünü öldürmək niyyətində olublar. Onlar Şota Loriyanın avtomobilini saxlatdırıb, sonra isə onu öldürüblər.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxslər taksi sürücüsünün baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək onu trosla boğub, meyitini avtomobilin baqajına yerləşdirərək çayın kənarındakı çuxurda basdırıblar. Onlar maşınla Qırıxlı kəndindəki evlərinə qayıdıb və izlərini gizlətmək üçün öz sexlərində maşını hissələrə ayırmağa başlayıblar.

Hüquq-mühafizə orqanları araşdırmalara taksi sürücüsünün ailə üzvlərinin onun itkin düşməsi ilə bağlı polisə müraciətindən sonra başlayıb. Qardaşlar mayın 22-də Qırıxlıda həbs ediliblər.

Hər üç şübhəli şəxs xüsusi qəddarlıq və tamahkarlıqla, qrup halında qəsdən adam öldürmədə ittiham olunur. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur