Tbilisidə rus qanununa etiraz edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Avropaya hə! Rus qanununa yox” – bu şüarla aprelin 9-da, Tbilisidə “Gürcü Arzusu”u tərəfindən “xarici agentlər haqqında” qanun layihəsinin yenidən irəli sürülməsinə qarşı etiraz aksiyası keçirilib. Vətəndaşlar bildiriblər ki, bu gün Gürcüstanın Avropa gələcəyin qorunmalı olduğu gündür.

Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyan minlərlə insanın yürüşü Respublika meydanından başlayıb və Parlament binası qarşısında başa çatıb. Aksiya iştirakçıları avtomobil yolunu tamamilə bağlayıblar.

“Avropa perspektivimizi məhv edən qanunu nə qədər təhrif etsələr də, gürcü cəmiyyəti bezməyəcək və öz sözünü deyəcək. Bu hələ başlanğıcdır və əminəm ki, neçə gün gərəksə də, bütün Gürcüstan cəmiyyəti ayağa qalxacaq, çünki bizim azadlığımızı başqa heç kim qorumayacaq. Beynəlxalq təşkilatlar nə qədər sərt bəyanatlar səsləndirsələr də, biz həmişə burada, gələcəyimizi qoruyacağımız yerdə olmalıyıq”, - deyə keçmiş Xalq Müdafiəçisi Nino Lomjaria bildirib.

Onun sözlərinə görə, bugünkü aksiyanın məqsədi Putin Rusiyasında kimi bir rejimin Gürcüstana heç vaxt ayaq basmayacağını bir daha göstərmək olub.

“Bizim bu gün 1989-cu il aprelin 9-da Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların qazandığını qorumamağa haqqımız yoxdur. Bizim 1991-ci il 9 aprel tarixli Müstəqillik Aktını şübhə altına almağa haqqımız yoxdur və gürcü gənclərinin səyləri, onların mübarizliyi, prinsipiallığı və əzmkarlığı ilə Avropa perspektivini qazandığımız ötənilki nailiyyəti qorumamağa haqqımız yoxdur. Bütün Avropa qeyd etdi ki, Gürcüstan cəmiyyətinin mart mübarizəsinin nəticəsidir ki, bu gün bizim namizəd statusumuz var. Hər şey yaxın gələcəkdə həll olunacaq. Pəncərə Gürcüstanın azad dünyadan çıxıb təbii inkişafa qayıtması üçün çox qısa və çox kiçikdir. Biz bu yol ayrıcındayıq və bu gün Gürcüstan cəmiyyətinin çox kortəbii, çox qəfil toplaşması simvolik deyil. Bu güclənəcək”, - şair Rati Amağlobeli qeyd edib.

Növbəti aksiya aprelin 15-də parlamentin hüquq komitəsinin iclasında “agentlər haqqında” qanun layihəsinə baxılması ilə paralel keçiriləcək. 

“Gürcü Arzusu” 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunun parlament tərəfindən üç oxunuşda qəbul olunması istəyir. Qanun layihəsinin mətni eynidir - yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanununun yenidən irəli sürülməsini partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir. Rus qanunu Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı, həmçinin BMT və NATO tərəfindən tənqid olunur. Strateji tərəfdaşlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət təşkilatları və media qurumlarının işinə mənfi təsir göstərəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur