Tbilisidə şəxs keçmiş arvadını öldürərək meyitini dərəyə atıb - Daxili İşlər Nazirliyi

Tbilisi Polis İdarəsinin əməkdaşları 1992-ci il təvəllüdlü şəxsi keçmiş həyat yoldaşını qəsdən öldürməkdə ittiham edərək həbs edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı, 1996-cı il təvəllüdlü M.M.-ni aralarında yaranmış mübahisə zəminində avtomobilində kəndirlə boğub. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cinayəti ört-basdır etmək üçün ertəsi gün meyiti icarəyə götürdüyü avtomobilin yük yerində qoyub, Qldani həbsxanasına bitişik əraziyə gedərək onu dərəyə atıb.

Saxlanılan şəxs Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsi ilə həbs edilib. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Ötən il Gürcüstanda 21 qadın qətlə yetirilib, 19 qadına qarşı qətlə cəhd edilib. 2014-2022-ci illərdə 186 qadın qətli törədilib. 92 qadın ailə, 94 qadın isə başqa səbəblərə görə öldürülüb. Həmin dövrdə qadınları öldürməyə cəhdlə bağlı 129 fakt qeydə alınıb, onlardan 79-u ailə zəminində olmaqla, başqa səbəblərə görə isə 50 fakt qeydə alınıb.



Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur