Telavidə 26 yaşlı qadını öldürməkdə təqsirli bilinərək polis tərəfindən həbs edilən 22 yaşlı Tornike G-şvili bir neçə gün əvvəl rəsmi olmayan nikahda olan həyat yoldaşına qarşı zorakılığa görə həbs edilib. O, Telavi Rayon Məhkəməsi tərəfindən girovla buraxılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Üç azyaşlı uşaq anası bu gün 7 yaşlı övladının gözü önündə qətlə yetirilib. Qonşuların sözlərinə görə, qətl zamanı uşaq yüksək səslə qışqıraraq insanları köməyə çağırıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində Məryəm G.-ni soyuq silahla qətlə yetirib - boğazından ölümcül yara vuraraq hadisə yerindən qaçıb.
Polis cinayət silahını - bıçağı sübut kimi götürüb. Ailə üzvünü qəsdən öldürmə faktının istintaqı Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Bu, son üç gündə baş verən üçüncü səs-küylü qadın qətli hadisəsidir. Bu gün, oktyabrın 9-da Tbilisinin Vaja-Pşavela prospektində yerləşən yaşayış binasındakı mənzildə qadın meyiti tapılıb. Polis əvvəllər qəsdən adam öldürmə ittihamı ilə məhkum olunmuş 39 yaşlı kişini həbs edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən P.P. qisas məqsədi ilə kirayədə yaşadığı mənzildə O.P.-ya fiziki xəsarətlər yetirib, nəticədə qadın hadisə yerində ölüb.
Oktyabrın 7-də Tbilisinin Mirian Mepe prospektindəki mənzildə 40 yaşlı M.S.-nin meyiti tapılıb. Qətldə təqsirləndirilən mənzilin kirayəçisi, xarici ölkə vətəndaşı, 20 yaşlı İ.Z. həbs olundu. Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs mübahisə zəminində qadının bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirib, nəticədə qadın yerindəcə ölüb. Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- 2021-ci ildə - 22 qadının öldürülməsi, qəsdən öldürməyə cəhdlə bağlı isə 31 fakt qeydə alınıb.
- 2020-ci ildə - 24 qadın öldürüldü. Qadın öldürməyə cəhdlə bağlı 27 fakt qeydə alınıb.
- 2019-cu ildə -19 qadın öldürmə, 22 qadın öldürməyə cəhd faktı qeydə alınıb.
Qadınların öldürülməsi və öldürülməsinə cəhd hallarının əksəriyyəti ailə cinayəti zəminində törədilib.