Rusiya-Gürcüstan sərhədində, “Yuxarı Lars” keçid məntəqəsinin yaxınlığında Terek çayı yatağından daşaraq federal magistral yolu iki yerdə zədələyib. Daşmış çay elektrik dirəklərini aparıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yerlimətbuatın məlumatına görə, güclü yağışlar və buzların əriməsi səbəbindən dünən suyun səviyyəsi 130 santimetrə yüksəlib. Mayın 30-da orada olan Şimali Osetiya rəhbəri Sergey Menyailo vəziyyətin gərgin olduğunu bildirib.
“Belə bir vəziyyət ilk dəfədir ki yaşanmır - qar əriməsinin fəallığından və yağıntının miqdarından çox şey asılıdır. Bu il yağış da, isti də öz işini görür: Terekdə suyun səviyyəsinin nə qədər qalxdığını, axının nə qədər təlatümlü olduğunu görmək olar.
Bu yola “Rosavtodor” xidmət edir, biz birlikdə qabaqlayıcı tədbirlər görürük. Bütün fövqəladə hallar xidmətləri yerində işləyir, biz vəziyyəti izləyirik”, - Menyailo qeyd edib və əlavə edib ki, ekspertlərin fikrincə, yaxınlıqdakı yaşayış məntəqələrinin təhlükə altında deyil.
Hazırda Rusiya tərəfində Terek boyu yolda nəqliyyatın hərəkəti birtərəfli bağlanıb. Mövcud məlumata görə, hadisə ilə əlaqədar “Yuxarı Laris”ın işi yarımçıq qalmayıb.