Prokurorluq Tkibuli bələdiyyəsinin satınalma xidmətinin rəhbəri Jondo Kasraşvilini məişət zorakılığı və həyat yoldaşına qarşı zorakılıq ittihamı ilə saxlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluqdan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, yanvarın 15-i, axşam saatlarında sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində azyaşlı uşaqlarının iştirakı ilə həyat yoldaşına qarşı cinsi dözümsüzlüyə əsaslanan fiziki zorakılıq törədib.
Polis təqsirləndirilən şəxsi elə həmin gün saxlayıb. Prokurorluq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir. Cinayət iki yüz saatdan dörd yüz saatadək müddətə ictimaiətin xeyrinə işlər və ya silahla bağlı hüquqların məhdudlaşdırılması və ya onsuz, bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər məişət zorakılığının qurbanısınızsa və ya məişət zorakılığı barədə məlumatınız varsa, 112 nömrəsinə zəng edin.
2023-cü ilin 9 ayının məlumatına görə, ailə cinayətlərinə görə 4031 nəfərə qarşı cinayət təqibi başlanılıb, azadlıqdan məhrum etmə ilə bağlı tələblərin faizi 91% təşkil edir. 2023-cü ilin 9 ayında məhkəmə ailə cinayətlərinin qarşısının alınması üçün tədbir kimi istənilən həbs cəzası ilə bağlı vəsatətlərin 55%-ni təmin edib.