Şərq-Qərb magistralının Ubisa-Şorapani hissəsində, Rikoti aşırımında tikilməkdə olan tunelin yaxınlığında torpaq sürüşməsi baş verib. Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, xarici beton hissəsi zədələnib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ubisa-Şorapani hissəsində işlər Avtomobil Yolları İdarəsinin müqaviləli şirkəti "Çin Yolları və Körpüləri Korporasiyası" tərəfindən həyata keçirilir. Bu hissəyə 13 kilometr yol, 27 körpü və 18 tunel daxildir.
İdarədən verilən məlumata görə, Ubisa-Şorapani hissəsində davam edən tikinti prosesində, 10-cu kilometrdə mövcud olan sürüşmə yamacında layihə çərçivəsində yamacın möhkəmləndirilməsi (lövbərlənməsi) üzrə kompleks işlərin aparılması nəzərdə tutulub.
“İş zamanı yamacın eyni adlı terraslama-möhkəmləndirilməsindən əvvəl son günlər yağan bol yağışlar nəticəsində aktivləşən sürüşmə prosesləri yamacın bir sahəsinin müvəqqəti asfaltlanmış (torklanmış) səthini götürmüş, xarici beton hissəsini zədələmişdir.
Hazırda yamacın təmizlənməsi işləri davam etdirilir, bundan sonra layihə üzrə nəzərdə tutulan işlərin həyata keçirilməsi bərpa olunacaq.
Tikinti gedir və təbii ki, işlər yekunlaşmayıb. Müvafiq olaraq, tikinti şirkətinə ödəniş işlər tam başa çatdıqdan və görülən işlər nəzarətçi şirkət tərəfindən təsdiqləndikdən və qəbul edildikdən sonra ediləcək”, - deyə Yollar İdarəsindən bildiriblər.
Rikoti avtomobil yolunun tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Uzunluğu 51,6 kilometrə qədər olan, 97 körpü və 51 tuneldən ibarət 4 zolaqlı avtomobil yolu tikilir. Tikinti işlərinin ümumi dəyəri 2,6 milyard lariyə qədərdir.