Bu gün səhər saat 03:30 radələrində Tsalencixa bələdiyyəsinin meri Giorgi Xarçilavanın şəxsi avtomobili yanıb. Mer avtomobilini evinin qarşısında saxlamışdı. Xarçilava hadisəni siyasi fəaliyyətlə əlaqələndirir. O, Gürcüstanda yeganə müxalifətçi merdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Səhər saat dördün yarısında partlayış səsini eşitdik, çölə çıxanda avtomobilimin yandığını gördüm.
Asfaltda yanmış benzinin, avtomobilə aparan yanğının izləri var ki, bu da məni bunun qəsdən edildiyini düşünməyə vadar edir. Maşın 100% qaydada idi. Bəlkə də bu, mənim siyasi fəaliyyətimlə bağlıdır, çünki mən hakimiyyətə tabe olan bələdiyyə meri deyiləm.
Bu, bir növ siqnal və xəbərdarlıq idi”, - Xarçilava “Gürcüstan xəbərləri”nə bildirib.
Giorgi Xarçilava artıq polisdə dindirilib. Yanmış avtomobil ekspertizaya göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 187-ci özgənin əmlakını zədələmə və ya məhv etmə maddəsi ilə istintaq aparılır.
Giorgi Xarçilava 2 oktyabr 2021-ci ildə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər nəticəsində Tsalencixa bələdiyyəsinin meri seçilib. O, “Vahid Milli Hərəkat”ı təmsil edir.