Tsalka bələdiyyəsinin Quşçu kəndi yaxınlığında yerləşən, orta əsrlərdə (V-XV əsrlər) tikildiyi ehtimal olunan körpünü Ktsia çayının daşması nəticəsində dağılıb. Quruluşdan yalnız dayaqlar qalıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hadisənin videosunu yayan arxeoloq Qoderci Narimanişvili deyir ki, körpü tamamilə dağılıb və təcili kömək lazımdır.
“Mədəni İrsin Mühafizəsi Qurumu abidənin xilas edilməsi üçün dərhal, bütün lazımi tədbirləri görməlidir. İndi onun rəsmi olaraq abidə statusunun olub-olmamasının fərqi yoxdur (əvvəllər var idi), o həqiqətən də abidədir. Körpünün orta əsrlərdə tikildiyi və onun bərpası və təmirinin müxtəlif dövrlərdə aparıldığı bəlli olur. Sonuncu yenidənqurma 19-cu əsrin ortalarında aparılmışdır. Körpü 19-cu əsrin sonlarında Ekvtime Takaişvili tərəfindən təsvir edilmişdir”, - arxeoloq qeyd edir.
Tsalka bələdiyyə rəisi İlia Sabadze “Gürcüstan Xəbərləri”nə bildirib ki, körpünün dağılması ilə bağlı məlumat mədəniyyət və infrastruktur nazirliklərinə ötürülüb. Bu gün mütəxəssislərin kəndə səfəri nəzərdə tutulur. Bələdiyyə rəisisnin sözlərinə görə, Quşçuya dolama yol ilə getmək mümkündür, lakin çayın o tayında yerli əhalinin əkin sahələri var və körpü olmadan onlar ora çatmaq üçün 15 kilometrə yaxın yol qət etməli olacaqlar.
“Körpünün necə bərpa olunacağına qərar Mədəni İrs Agentliyinin əməkdaşları tərəfindən aparılan qiymətləndirmədən sonra verilməlidir”, - İlia Sabadze deyir.
2007-ci ildə Quşçu körpüsünə statusun verilməsi tələb olunsa da, o daşınmaz mədəni irs abidələri siyahısına daxil deyil. Qeydiyyat kartına görə, dörd aşırımlı körpü işlənməmiş daşdan tikilib. Yarımdairəvi və bərabər ölçülü gözlər (körpüdə) işlənmiş daşdan hazırlanmışdır. Onlar çayın əks istiqamətində konusvari dayaqlar formasında tikilmiş üç nəhəng dayaq üzərində dayanırlar. Bəzəkli daşdan hazırlanmış bordürlə tamamlanan gözlərin üzərindən rəfəbənzər korniş keçir. Qeydiyyat vəsiqəsinə əlavə edilən fotoşəkildən görünür ki, körpünün üzərində erməni yazıları yazılıb.