Tsalkada sahibsiz iti öldürən şəxs saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tsalkada küçədəki sahibsiz iti güllələyən şəxs polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxs Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş heyvana işgəncə vermə və ya amansız rəftar etmə ilə bağlı cinayətdə ittiham olunur.

Təqsirləndirilən şəxs iyunun 15-də, sosial şəbəkələrdə heyvanla amansız rəftarının əks olunduğu video yayıldıqdan sonra saxlanılıb. “Anonim mənbə mənə Tsalkada sübh tezdən sahibsiz itlərin öldürüldüyünü əks etdirən video təqdim etdi”, - videonun təsvirində deyilir.

Müşahidə videokamerasının qeydində, gecə saatlarında, tikilməkdə olan binanın qarşısında yatan iti ilk maşından vuran, yaralı heyvan qaçmaq istəyəndə isə maşından düşərək yenidən atəş açan şəxs görünür.

Bir neçə gün əvvəl, itin küçədə öldürülməsi faktı Tbilisidə də qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, səkidə olan heyvana odlu silahdan atəş açılıb. Daxili İşlər Nazirliyi bu faktla bağlı heyvanlara qarşı amansızlıq maddəsi ilə araşdırmalara başlayıb.

Gürcüstanın Cinayət Məcəlləsinə əsasən, heyvana işgəncə vermə və ya onunla amansız rəftar etmə, onun ölümünə və ya şikəstliyinə səbəb olma, 120 saatdan 240 saatadək ictimaiətin xeyirinə iş müddəti, 6 aydan 1 ilədək müddətə ev dustaqlığı, cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl qrup halında, təkrarən və ya yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə törədildikdə— 200 saatdan 400 saatadək ictimaiətin xeyirinə iş müddəti, bir ildən 2 ilədək müddətə ev dustaqlığı, cərimə və ya  3 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur