Tsulukiani ona “Qelatidə nəyisə korlayır” deyən hər kəsi məhkəməyə verəcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentdə komitə dinləmələrində çıxışı zamanı Mədəniyyət və İdman naziri vəzifəsinə namizəd Tea Tsulukiani bildirib ki, bərpa işlərini Patriarxlığa təhvil verdikdən sonra Qelati Kafedralında vəziyyətin necə olduğunu bilmir.

“Burada Qelati haqqında çox danışırlar. Sizə açıq deyirəm ki, etmədiyim işə cavab verə bilmərəm. Çox üzücüdür ki, 3 oktyabr 2022-ci il tarixindən bizə təlimat verildi, əmlak sahibindən rəsmi məktub aldıq ki, biz artıq Qelatidə işləməyəcəyik və orada bütün işlər dayandırılacaq. Müvafiq olaraq, o vaxtdan bəri orada vəziyyətin necə olduğunu bilmirəm. 2021-ci ilin mayından 2022-ci ilin 3 oktyabr tarixinədək cavabdehəm.

Bizdə tarixləri qeyd olunmuş fotoşəkillər və videolar, habelə abidənin təhvil-təslim prosesi zamanı vəziyyətinin skan nəticələri var. İllər sonra bu materialı abidə ilə bağlı vəziyyətlə müqayisə etmək olar və sonra iki qulaq qaldırmaq prinsipi ilə “dovşan” kimin nə etdiyini və kimin nəyi edə bilmədiyini təxmin edə biləcək”, - deyə nazir bildirib və Qelati məbəindəki unikal freskaların zədələnməsinə səbəb olan proseslərin hələ 2008-ci ildə başladığını vurğulayıb.

“Çox təəssüf ki, 2008-ci ildə bu layihə hazırlanarkən çox qüsurlu idi. Sonra qüsurlu layihənin özü böyük qüsurlarla həyata keçirildi. Sonra isə “UNESCO”nun məsləhəti ilə kompleksi gücləndirdik, suyun axınını dayandırdıq və qurutma prosesini gücləndirdik. “UNESCO” bu il oraya səfər edəcək. Onların qənaətindən sonra vəziyyətin necə olduğunu biləcəyik. Mən bunu bilmirəm. Bilmirəm, bilmirəm deməkdir, nə yaxşı, nə də pis. Mən sadəcə bilmirəm. Nəyisə bildikdə canla, başla, ətimlə, qanımla cavab verirəm, bilmədikdə isə bilmirəm”, - deyən nazir çıxışını xəbərdarlıqla bitirib:

“Mən gedirəm və əməkdaşlarımın da belə bir tapşırığı var ki, bizə böhtan atan, bizim hazırda orada nəyisə korladığımızı deyən hər kəsin ictimai bəyanatı məhkəmədə bitəcək. Çünki mən şəxsən buna daha dözmək fikrində deyiləm”.

Qelati monastır kompleksinin əsas məbədində 12-ci əsrə aid olan unikal freskalar su sızması səbəbindən məhv olur. 2023-cü ilin yanvarında Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin tabeliyində olan Qiorqi Çubinaşvili adına Gürcüstan İncəsənət Tarixi və Abidələrin Mühafizəsi Milli Araşdırma Mərkəzi freskaların zədələnməsi ilə bağlı tənqidi və həyəcanverici hesabat dərc edib. Hesabatda indiyədək heç kim məsuliyyətə cəlb edilməsə də, cinayət tərkibinin əlamətləri olan bir sıra faktlar müəyyən edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur