Tsxinvali deputatları “Respublika”nın tanınması üçün Belarusa müraciət etməyə hazırlaşır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Cənubi Osetiyanın de-fakto parlamentinin deputatları Cənubi Osetiya Respublikasının müstəqilliyinin tanınması ilə bağlı Belarus parlamentinə müraciət etməyə hazırlaşır. Bu təkliflə iyulun 5-də, sözdə parlamentin iclasında deputat Alan Texov çıxış edib.

“Bizim fürsətimiz var. Əgər əvvəllər onlara müəyyən siyasi nəticələr, o cümlədən sanksiyalar mane olurdusa, bu gün sanksiyalar artıq mövcuddur”, - deyə qondarma deputat bildirib və əlavə edib ki, bu barədə Belarusa de-fakto Respublikanın Xarici İşlər Nazirliyi də müraciət etməlidir.

Qondarma parlamentin sədri Alan Alborov məsələyə baxılmasını Xarici siyasət və parlamentlərarası əlaqələr komitəsinin sədri Zaza Dryayevə həvalə edib.

2022-ci il, fevralın əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putinin ona bunun zəruri olduğunu desə, Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanıyacaq. Həmin ilin sentyabrında Lukaşenko işğal olunmuş Abxaziyaya gəlib və Bichvinta sovxozunda separatçı hökumətin rəhbərləri ilə görüşüb.

Bu gün Gürcüstanın işğal olunmuş rayonlarının - Abxaziya və Tsxinvalinin müstəqilliyi Rusiya, Nikaraqua, Venesuela, Nauru və Suriya tərəfindən tanınıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur