De-fakto Cənubi Osetiya Respublikası hökumətinin sədri Konstantin Jusoyev bildirib ki, Çin son vaxtlar “respublika” ilə maraqlanmağa başlayıb. Jusoyev bu məsələ ilə bağlı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya mətbuatına müsahibəsində danışıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“May ayında Çin Xalq Respublikasından iki nümayəndə heyəti bizə gəldi. Bir nümayəndə heyəti Kvays qurğuşun-sink yataqları ilə maraqlanır, digəri isə Cənubi Osetiyada Çin avtomobil yığımı zavodunun açılması təklifi ilə gəlib. [Maşının] markasını hələ dəqiqləşdirməmişik, lakin oktyabrda bizim nümayəndə heyətimiz Çin Xalq Respublikasına səfərə hazırlaşır, söhbət davam etdiriləcək və biz daha ətraflı müzakirə edəcəyik.
Bununla belə, qeyd etmək istərdim ki, istənilən birgə layihə yalnız Cənubi Osetiya üçün iqtisadi məqsədəuyğunluğu və səmərəliliyi qiymətləndirildikdən sonra həyata keçiriləcək”, - Jusoyev bildirib.
Aprelin sonunda Cənubi Osetiya Respublikasının Dövlət İnformasiya Agentliyi “Res” yazıb ki, “ən böyük Çin investisiya korporasiyalarından biri”nin vitse-prezidenti Tsxinvalidədir.
“Çinli həmkarlarımıza təbii ehtiyyatlar olan yataqlarımızı, daha doğrusu Kvays yatağımızı göstərdik. Nümunələr topladılar. Bu, bizim ilk görüşümüzdür, tanışlıq xarakteri daşıyır, amma ən azından maraq var. Düşünürəm ki, yaxın vaxtlarda Çin şirkətindən bəzi təkliflər olacaq və biz əməkdaşlıq edəcəyik”, - deyə Konstantin Jusoyev bildirib.
İşğal altındakı Cava bölgəsindəki Kvays yatağında maraqlı olan Çin korporasiyasının adı açıqlanmayıb. Jusoyev yalnız onun mədən sənayesi ilə məşğul olduğunu qeyd edib.
May ayında Jusoyev işğal altındakı Tsxinvalidə Çinin “Fujian Tianrun Yongshun Supply Chain” korporasiyasının rəhbəri ilə görüşüb. De-fakto hökumətin məlumatına görə, tərəflər əsasən avtomobil sənayesi məsələlərini müzakirə ediblər. Sözügedən şirkət “Soueast”, “Yudo” və “Qiteng” markaları altında avtomobillər istehsal edir.