Xilasedicilər Qori bələdiyyəsinin Pxveni kəndi yaxınlığında, Liaxvi çayında uşaq meyiti aşkar ediblər. 14 yaşlı yeniyetməni axın iyunun 19-da işğal olunmuş Tsxinvalidən aparıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Cənubi Osetiyanın de-fakto Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, meyitin tapılması ilə bağlı qondarma prezidentin səlahiyyətli nümayəndəsi Yeqor Koçiyevə münaqişə sonrası nizamlanma məsələləri ilə bağlı məlumat verib.
“Hadisənin baş verdiyi yerdə kriminalistlər işləyir, meyitin təhvil verilməsi proseduru barədə məlumat daha sonra açıqlanacaq”, - səhər saatlarında qondarma nazirlikdən bildirilib.
14 yaşlı oğlanı Liaxvi çayı çərşənbə günü günortadan sonra aparıb. Hadisə Tsxinvali şəhərində, “Köhnə Körpü” ərazisində baş verib. Xilasedicilər uşağı tuta bilməyib, güclü axın onu Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olan əraziyə aparıb. De-fakto hökumət “qaynar xətt” vasitəsilə Tbilisiyə kömək üçün müraciət edib.
Günün ikinci yarısından etibarən Nikozi kəndindəki bənd ərazisində axtarış əməliyyatları davam etdirilirdi.