İşğal olunmuş Tsxinvali regionunun de-fakto hökuməti Tsxinvali şəhərinin köhnə hissəsində XIX əsrin sonlarında tikilmiş körpünü söküb yerində yenisini tikməyi planlaşdırır. Qondarma Hökumətin sədri Konstantin Cusoyevin sözlərinə görə, yekun qərar qəbul edilib. Onun sözlərinə görə, kritik deformasiyaya görə körpünün bərpası və ya yenidən qurulması nəzərdə tutulmur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Köhnə körpünün təhlükəsizliyi məsələsi uzun müddətdir ki, gündəmdədir. Yekun qərarı verməzdən əvvəl körpünün tikintisinin bütün xüsusiyyətlərini nəzərə alaraq ekspertiza aparan mütəxəssisləri bir daha dəvət etdik. Ekspert rəyinə görə, o, sonrakı istismar üçün yararsızdır”, - Konstantin Cusoyev sentyabrın sonunda keçirilən qondarma hökumətin iclasında bildirib.
Yeni körpünün tikintisi 2020-2022-ci illərin “investisiya proqramı”nda nəzərə alınıb. Rusiya Federasiyası tikintiyə 147 milyon rubl ayırıb. Tsxinvalinin de-fakto hökumətinin məlumatına görə, yeni körpü vizual olaraq köhnə körpüyə bənzəyəcək.
Tarixi körpünün sökülməsinə qarşı çıxanlar var. Qondarma Mədəniyyət Nazirliyinin Memarlıq Abidələrinin Mühafizəsi Departamentinin rəhbəri Larisa Baqayeva və bu vəzifədə onun sələfisi Nelli Tabuyeva bu qərarla razılaşmayıblar. Onların məlumatına görə, dəvət olunmuş bərpaçıların rəyi var ki, körpünün bərpası mümkündür. Baqayeva avqustun sonunda keçirilən iclasda Tsxinvalinin tarixi görkəminin qorunub saxlanılmasında köhnə körpünün əhəmiyyətindən danışıb. Qondarma dövlət informasiya agentliyinin “Res”in məlumatına görə, Baqayeva qondarma tikinti naziri Eduard Dzaqoyevin etiraz etdiyi körpünün dövlət tərəfindən qorunan abidələr reyestrinə daxil edildiyini vurğulayıb. Həmçinin, reyestrin hazırlanması zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı de-fakto prokurorluğun 2021-ci il qətnaməsini qeyd edib.
Tsxinvali sakinləri körpünün sökülməsinə qarşı kiçik etiraz aksiyası keçiriblər. Bundan əlavə, onlar de-fakto prezident Alan Qaqloyevə məktub ünvanlayıblar və orada yazırlar ki, köhnə körpünün sökülməsi ilə keçmişlə əlaqə birdəfəlik aradan qalxacaq:
“Biz müharibələrdən sonra qalanı məhv edə bilmərik; gürcülərin məhv edə bilmədiklərini məhv edək bilmərik. Öz köklərimizi kəsmək olmaz. Tarixin məhv olmasına imkan verməyin. Siz dövlət başçısı kimi bunu edə bilərsiniz. Xalqın yanında durun”.
Körpünün sökülməsinin əleyhdarları onu piyada etmək fikrinə üstünlük verirlər. İnvestisiya proqramı ilə ayrılan pul isə başqa yerdə körpünün tikintisinə xərclənməlidir.
Liaxvi çayının sahillərini birləşdirən körpü 1898-ci ildə tikilib, 1903-10-cu illərdə yenidən qurulub. 1898-ci il iyulun 21-də “İveriya” qəzeti redaksiyaya gələn məktubu dərc etdi. Məktubda oxuyuruq ki, körpünün təmiri üçün Tsxinvali Kənd Cəmiyyəti pul, taxtalar və başqa ləvazimatlar müxtəlif kənd icmaları və fərdi şəxslər tərəfindən bağışlandı.