İşğal olunmuş Tsxinvali regionunun Nazirlər Kabineti qondarma dövlət sərhədinin və təbii sərvətlərin mühafizəsi zamanı silahdan istifadə qaydalarına dəyişiklik edib. Yenilənmiş sənədə əsasən, “dövlət sərhədinin mühafizəsi” zamanı pilotsuz uçuş aparatlarına qarşı silah tətbiq etmək mümkün olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qondarma Cənubi Osetiya Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini icra edən Valerian Alixanti bildirib ki, qondarma sərhəddə Gürcüstan tərəfindən pilotsuz uçuş aparatlarından istifadə halları artmaqdadır.
Alixantinin sözlərinə görə, Cənubi Osetiya ərazisində dövlət sərhədinin və təbii sərvətlərinin mühafizəsi məqsədilə silah və hərbi texnikadan istifadəni hökumətin 18 dekabr 2009-cu il tarixli qərarı tənzimləyir.
“Sənəd pilotsuz uçuş aparatlarına və pilotsuz uçuş sistemlərinə – helikopterlərə, təyyarələrə qarşı silahların istifadəsi prosedurunu müəyyənləşdirir. Belə şəraitdə Cənubi Osetiya sərhəd orqanlarının dövlət sərhədinin pozulmasının dayandırılması və ya pozuntuların qarşısının alınması üçün qanuni şəkildə silah və hərbi texnikadan istifadə etmək hüququ yoxdur ki, bu da sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin tam yerinə yetirilməsinə imkan vermir. Dəyişikliklər dövlət sərhədinin pilotsuz uçuş aparatları tərəfindən pozulması halında silah istifadəsinə icazə verir”, - Alixanti bildirib.
Nazirlər Kabineti onun təqdim etdiyi qondarma dəyişiklikləri dəstəkləyib.